Mingəçevir lə səfər oyununda geridönüşlə qələbə qazanmaq asan iş deyil Röyal Nəcəfov
Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
1-ci Liqanın 9-cu turunda "Mingəçevir"in qonağı olan "Baku Sportinq" hesabda geri düşsə də, sonradan 2 qol vuraraq qələbə qazanmağı bacardı. Qonaqların məşqçisi Röyal Nəcəfovla əlaqə saxlayıb oyun barədə fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Oyunun çətin keçəcəyini bilirdik. Səfər matçına yaxşı hazırlaşsaq da, ilk hissədə çox zəif çıxışla yadda qaldıq. Bir neçə zədəli və yorğun futbolçularımız var. Biz rəqibdən bir gün az istirahət etmişdik. Buna rəğmən, birinci yarıda zəif oynayacağımızı gözləmirdik. Sonradan etdiyimiz əvəzləmələr komandanın gücünə güc qatdı. Fasilədə futbolçularla danışqıq, nəyi necə etməli olduqlarını dedik ki, bu da qalan vaxtda oynadığımız futbolu şərtləndirən amillərdən oldu. İkinci yarıda "Baku Sportinq" kimi oynamağa başladıq. "Baku Sportinq" demək əzmkarlıq, mübarizə deməkdir. Komandama sizin vasitənizlə apardığı mübarizəyə, sərgilədiyi xarakterə və qazandığı qələbəyə görə təşəkkürlərimi çatdırıram. "Mingəçevir"lə səfər oyununda geridönüşlə qələbə qazanmaq asan iş deyil".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 26 Noyabr 2025 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















