Mingəçevir Muxtar, Mövlan və Xəyalı niyə qova bilmir? vacib detal üzə çıxdı
Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Mingəçevir"də danışılmış oyunlarla bağlı araşdırmalar böyük ehtimalla hələ davam edir. Hər halda, günahkarların kim olduğu və hansı cəza ilə üzləşəcəyi haqda rəsmi məlumat açıqlanmayıb.
Daha əvvəl bu məsələdə əsas şübhələrin hansı futbolçuların üzərində dayandığını xəbər vermişik. Xatırladaq ki, bunlar Muxtar Nəzərli, Xəyal Xudaverdiyev və Mövlan Kərimovdu.
Maraqlıdı ki, həmin futbolçular hələ də "Mingəçevir"in üzvüdü. Axı saxlanılan, sonradan günahsız olduğu üzə çıxdığından azadlığa buraxılan oyunçular da günahkarların Muxtar, Xəyal və Mövlan olduğunu dilə gətirib. Bəs "nur şəhəri"nin təmsilçisi niyə bu futbolçularla müqaviləyə xitam vermir?
"Football-plus.az"ın sualını bölgə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Qasımov cavabladı:
"Belə məsələlərlə bağlı PFL-in konkret qaydaları var. Müqavilələrdə qeyd olunan bəndlərə əsasən, mövzu ilə əlaqədar rəsmi qərar olmadıqca futbolçularla müqaviləyə xitam vermək doğru deyil. Müvafiq addım AFFA İntizam Komitəsinin qərarından sonra atılacaq".
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 19 Yanvar 2025 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















