Icma.az
close
up
RU
Mingəçevir şəhər əhalisinin su və kanalizasiya təchizatı yaxşılaşdırıldı VİDEO

Mingəçevir şəhər əhalisinin su və kanalizasiya təchizatı yaxşılaşdırıldı VİDEO

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

"Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı”na  uyğun olaraq İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti Mingəçevir şəhərində əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatı, kanalizasiya şəbəkə və qurğularının yenidən qurulması işləri həyata keçirir. 

AZXEBER.COM xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu bildirib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mingəçevir şəhər Sukanal İdarəsi əhalini içməli su ilə təmin edir, tullantı suları sutəmizləyici qurğulara ötürülür, yağış sularının idarə olunması işlərini həyata keçirir, o cümlədən qanunsuz birləşmələrə qarşı mübarizə aparır. "Texniki şərt əsasında abonent qoşulmalarını həyata keçirir, tullantı su, o cümlədən su şəbəkəsində baş verən hər hansı bir qəzanın aradan qaldırılması işlərini görür. Xətlərin yenilənməsi, yeni xətlərin çəkilməsi də Mingəçevir şəhər Sukanal İdarəsinin gördüyü işlərə aiddir”.

İdarə əhali qrupu üzrə 31978 və qeyri-əhali qrupu üzrə 1598 olmaqla, ümumilikdə 33576 abonentə xidmət göstərir. Abonentlərin sayğaclaşma səviyyəsi 97 faiz  təşkil edir. 

Məhsuldarlığı sutkada 55 min kub metr olan müasir sutəmizləyici qurğu və tutumu 10 min kub metr olan mərkəzi su anbarı tikilərək istismara verilib. 

Şəhəri içməli su ilə təmin etmək üçün xam su Mingəçevir Su Anbarından diametri 800 millimetr olan boru xətti ilə sutəmizləyici qurğuya verilir. Sutəmizləyici qurğuda su 28 ədəd qum süzgəcindən keçərək asılı hissəciklərdən  təmizlənir və maye xlorla zərərsizləşdirilir. Emal olunmuş su qurğunun nasos stansiyasında quraşdırılmış  200 kilovatlıq  3 ədəd nasos aqreqatı vasitəsilə diametri 820 millimetr olan boru ilə mərkəzi su anbarına ötürülür. 

Migəçevir şəhər Sukanal İdarəsinin sahə rəisi Elçin Salmanov Mingəçevir şəhər Sutəmizləyici Qurğular Kompleksi haqqında məlumat verərək qeyd edib ki, gün ərzində saatda 2500 kub su təmizlənib mərkəzi su anbarına ötürülür. "Su anbardan diametri 1000 millimetrlik boru ilə şəhərə özaxımı vasitəsilə ötürülür. Mingəçevir şəhər Sutəmizləyici Qurğular Kompleksində laboratoriyamız yerləşir. Laboratoriya gün ərzində suyun tərkibini nəzarətdə saxlayır”. 

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu diqqətə çatdırıb ki, Mingəçevir Su Anbarından sutəmizləyici qurğulara daxil olan su orada təmizlənərək +82 Su Anbarına daxil olur. "Ümumiyyətlə Mingəçevir şəhəri üzrə su şəbəkəsinin uzunluğu 340 kilometrdir. Magistral xətlər 41 kilometr təşkil edir. Küçə və məhəllə daxili xətlər isə 299 kilometrdir. Şəhərə özaxımı ilə verilən su minlik xətlə ötürülür və 5,5 kilovatlıq 2 nasos da fəaliyyət göstərir. Dövlət Proqramı ilə 210 kilometrlik xətt çəkilib. 3 kanalizasiya stansiyası tikilib. Layihədə Çirkab Sutəmizləyici Qurğusunun tikilməsi nəzərdə tutulur ki, bununla bağlı da işlərə başlanılıb. 2 ədəd məhəllə daxili sutəmizləyici qurğu, 8 ədəd kanalizasiya nasos stansiyası var. Bütün bu işlər Mingəçevir şəhər Sukanal İdarəsi tərəfindən həyata keçirilir. 24 saat içməli su ilə şəhər təmin olunur. Bununla yanaşı baş verən qəzaların aradan qaldırılması və qeyri-qanuni qoşulmalar, onlarla mübarizə və yeni abonent xətlərinin texniki şərtə uyğun olaraq çəkilməsi işləri görülür”.

Şəhərin kanalizasiya şəbəkəsinin ümumi uzunluğu 316,6 kilometrdir. O cümlədən, magistral boru xəttlərinin uzunluğu 62,5 kilometr, küçə və məhəllə daxili boru xəttlərinin uzunuğu 254,1 kilometrdir. İdarənin istismarında 2 məhəllə daxili tullantı su təmizləyici qurğu və 8  kanalizasiya nasos stansiyası vardır.

Layihədə həmçinin Xaldan şossesinin yaxınlığında sutkalıq gücü 65000 kubmetr olan yeni Çirkab Sutəmizləyici qurğusunun tikilməsi nəzərdə tutulub. Şəhər ərazisində Texniki şərtə uyğun olaraq yeni qoşulmalar müntəzəm həyata keçirilir. 

Mingəçevir şəhər Sukanal İdarəsinin sahə ustası Elnur Ələkbərov məlumat verib ki, Heydər Əliyev prospektində vətəndaşın texniki şərtə uyğun müraciətinə əsasən 63 millimetrlik borudan abonentə 32 millimetrlik boruya çıxış verilir. "İşlər bitdikdən sonra bu ünvan 24 saat fasiləsiz su ilə təmin olunacaq”. 

Mingəçevir şəhər Sukanal idarəsinin həllinə çalışdığı əsas problem su itkilərinin qarşısının alınmasıdır. Cari yarım ilin nəticələrinə görə idarə üzrə su itkisi 54,5% olub. Bəzi abonentlər ikili xətlərdən istifadə edirlər. Son üç ayda belə qanunsuz xətlərlə bağlı 94 cərimə aktı tərtib edilib. Şəhər ərazisində ictimai əsaslarla inşa edilmiş 273 sayda bulaqlara idarə  tərəfindən fasiləsiz su verilir. Digər bir məsələ debitor borclarla bağlıdır. Göstərilmiş xidmətlərə görə ödənişlərin təmin edilməsi üçün idarə tərəfindən gündəlik reydlər keçirilir. Su borcu çox olan abonentlərin su təminatı dayandırılır. Ödəniş edildikdən sonra  təminat bərpa edilir. Eyni zamanda suyun israf edilməməsi, ödənişlərin vaxtlı-vaxtında edilməsi barədə əhali arasında maarifləndirici xarakterli söhbətlər aparılır. 

Hazırda ünvanına baxış keçirilir. Sayğacdan keçməyən diametri 20 millimetr su xətti aşkar olunub. Xətt sayğacdan keçmədən evi su ilə təchiz edir. Bu pozuntu abonent şöbəsinin əməkdaşları tərəfindən ləğv olunub, abonentə cərimə aktı yazılıb. 


Mətbuat katibi Ceyhun Musaoğlu son olaraq bildirib ki,  xüsusən qızmar yay aylarında su itkisinin qarşısını almaq abonentlərin fasiləsiz su ilə təminatında əsas rol oynayır. "Çox təəssüf ki, şəhər ərazisində qeyri-qanuni qoşulmalar da var. Gəlin suyumuzu qoruyaq, suyumuzun qayğısına qalaq, suyumuzu indi elə istifadə edək ki, gələcək nəsillərə ötürə bilək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 21 Avqust 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri