Icma.az
close
up
RU
Mingəçevir Sənaye Parkı dünyada tanınır

Mingəçevir Sənaye Parkı dünyada tanınır

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Burada hazırlanan məhsulların çoxu ixrac edilir

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Mingəçevir Sənaye Parkında indiyədək 326 milyon manatlıq məhsul satışı həyata keçirilib. Bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.

Bildirilib ki, sənaye parkında istehsal olunmuş məhsulların 276,6 milyon manatlıq hissəsi və ya 84 faizi ixrac edilib. Sənaye parkında görülmüş işlərə, ümumilikdə, 159 milyon manat investisiya yatırılıb. 26 hektar ərazidə yaradılmış parkda ötən müddətdə 570 daimi iş yeri yaradılıb.

Qeyd edək ki, Mingəçevir Sənaye Parkı ölkə Prezidentinin 2015-ci il 26 fevral tarixli Fərmanı ilə yaradılıb. Bundan da məqsəd ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkil edilməsi, eləcə də əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasından ibarətdir.

Sənaye Parkının əsas fəaliyyət istiqaməti tekstil və yüngül sənayenin inkişaf etdirilməsidir. “Mingəçevir Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyəti Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Fabrikdə Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları əsasında “Ring” və “Open End” üsulu ilə iplik istehsal edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Mart 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see376

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see299

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see274

Qızı Rüfət Axundovu sevindirdi ÖZƏL

30 Avqust 2026 19:48see254

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see253

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see249

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see246

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see241

Həkimlər dəhşətli bir diaqnoz qoyublar…

30 Avqust 2026 20:49see240

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see238

Ermənistanda siyasi DƏYİŞİKLİK: Paşinyan rəqiblərinə qarşı hərəkətə keçdi

30 Avqust 2026 22:25see230

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see220

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see201

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see201

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see196

“Soçi” Şeydayevin iştirakı ilə üç xal qazandı

31 Avqust 2026 01:52see195

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see191

ABŞ ordusu Larak adasında SEPAH ın iki raket qurğusunu vurub

31 Avqust 2026 03:12see183

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see179

Serxio Ramos “Bernabeu”da “Real Madrid”in qələbəsini izlədi VİDEO

31 Avqust 2026 02:41see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri