Mingəçevirdə 19 yaşlı qız binadan yıxıldı
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Mingəçevirdə gənc qız binanın beşinci mərtəbəsindən yıxılıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə Cəmil Əliyev küçəsində baş verib. Belə ki, 2007-ci il təvəllüdlü şəhər sakini Əkbərova Nailə Faiq qızı yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılaraq yerə çırpılıb. Təcili xəstəxanaya çatdırılan qızın vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma başlanıb.
TƏBİB-dən bildirilib ki, 04.03.2026-cı il tarixində saat 14:40 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 2007-ci il təvəllüdlü şəxs (qadın) hospitalizasiya olunub.
Ağır travmatik şok, sol said sümüklərinin açıq sınığı, dalağın cırılması, daxili qanama diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti ağırdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 04 Mart 2026 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















