Mingəçevirdə 36 yaşlı şəxs bıçaq xəsarətləri alıb
Icma.az, Unikal.az saytına istinadən bildirir.
Mingəçevirdə Ağdam rayon sakini kəsilmiş-deşilmiş bədən xəsarətləri alıb. Yaralı dərhal əməliyyata alınıb.
"Unikal"ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində yerləşən köçkün şəhərciyində baş verib.
1990-cı il təvəllüdlü Ağdam rayon sakini Abbasov Elvin Sərdar hələ ki məlum olmayan şəraitdə bıçaqla kəsilmiş-deşilmiş bədən xəsarətləri alıb.Təcili xəstəxanaya çatdırılan yaralı dərhal əməliyyata alınıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, 36 yaşlı şəhər sakininin kəsilmiş-deşilmiş xəsarətlər alması ilə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.
Ehtiram Muradov
Baxış sayı:45
Bu xəbər 23 Oktyabr 2025 22:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















