Icma.az
close
up
RU
Mingəçevirdə “Erkən müayinə can qurtarır!” adlı tibbi aksiya keçirilib

Mingəçevirdə “Erkən müayinə can qurtarır!” adlı tibbi aksiya keçirilib

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mingəçevir şəhərində “Fərqindəlik” layihəsi çərçivəsində “Erkən müayinə can qurtarır!” adlı tibbi aksiya keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Fərqindəlik” layihəsinin rəhbəri Şəbnəm Həsənovanın verdiyi məlumata görə, Səhiyyə Nazirliyinin, “PAŞA Holding”in birgə təşkilatçılığı ilə reallaşan layihənin məqsədi əhalinin sağlamlığının qorunmasına töhfə vermək, erkən diaqnostikanın əhəmiyyətinə diqqət çəkmək, tibbi maarifləndirməni artırmaq, insanlara keyfiyyətli tibbi xidmət göstərməkdir.

Aksiyada Mingəçevir sakinləri endokrinoloq Fərhad Burzunun rəhbərliyi ilə 6 nəfərlik ixtisaslı tibbi heyət tərəfindən ödənişsiz tibbi müayinələrə cəlb olunub, onlara ilkin analizlər və fərdi məsləhətlər təqdim edilib. “Məqsədimiz insanlara təkcə tibbi xidmət göstərmək deyil, onların sağlamlıqla bağlı düşüncələrində dönüş yaratmaq, “heç bir şikayətim yoxdur” düşüncəsinin arxasında gizlənən riskləri göstərməkdir. Tibbi müayinələrə maraq böyükdür”, - deyə Şəbnəm Həsənova qeyd edib.

Tibbi aksiyada 520-ə yaxın şəhər sakini iştirak və 107 nəfərə yerində şəkərli diabet diaqnozu qoyulub. Həmin vətəndaşlara ödənişsiz şəkildə qlükometr cihazı hədiyyə edilib. İzah olunub ki, erkən müayinə diabetin həm fiziki, həm də sosial təsirlərini azaltmağa kömək edir.

Müayinələrdən keçən və həkim məsləhəti alan şəhər sakinləri bu təşəbbüsü yüksək qiymətləndiriblər və davamlı olmasını istədiklərini bildiriblər.

Mingəçevir şəhərindən öncə Masallı, Xaçmaz, Sabirabad və Göyçay rayonlarında təşkil edilən tibbi aksiyanın növbəti ünvanı aprelin 12-də Zaqatala rayonu, daha sonra isə Gəncə şəhəri və azad edilmiş ərazilər olacaq. “Fərqindəlik” layihəsi çərçivəsində ölkə üzrə müxtəlif şəhər və rayonlarda xərçəng xəstəliyinin, eləcə də kardioloji problemlərin erkən aşkarlanması ilə bağlı aksiyaların təşkili də nəzərdə tutulub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Aprel 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri