Mingəçevirdə ət kombinatı yandı
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Mingəçevirdə Təbriz küçəsində yanğın hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Təbriz küçəsində yerləşən və hazırda fəaliyyət göstərməyən kombinatın ərazisində baş verib.
Hadisə yerinə yetişən yanğınsöndürmə briqadasının çevik müdaxiləsi nəticəsində alovun genişlənməsinin qarşısı alınıb.
Əldə edilən məlumata görə, yanğın soyuducunun yerləşdiyi hissədə qeydə alınıb.
Soyucudunun yerləşdiyi məkan da daxil, bir neçə kvadrametrlik ərazi və oradakı əşyalar yanıb.
Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:95
Bu xəbər 19 Aprel 2025 18:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















