Icma.az
close
up
RU
Mingəçevirdə iş çevirən MÜƏMMALI ŞİRKƏT Küçə ticarəti, NARAZI SAKİNLƏR…

Mingəçevirdə iş çevirən MÜƏMMALI ŞİRKƏT Küçə ticarəti, NARAZI SAKİNLƏR…

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

Mingəçevirdə İcra Hakimiyyətinin binasında təmir işləri aparılan zaman fəhlənin yerə yıxılaraq ölməsi barədə məlumat vermişdik. 1991-ci il təvəllüdlü Emil Şükürovun dünyasını dəyişməsi ilə bağlı araşdırma aparılması barədə xəbər verilsə də heç bir rəsmi açıqlama olmadı.

Ölüm hadisəsinin olmasını nəzərə alaraq hadisə ilə bağlı cinayət işinin açıldığına inanırıq.

Tribunainfo.az xəbər verir ki, Ajans.az –ın sorğusuna cavab verən Mingəçevir icra hakimiyyətindən bildirmişdilər ki,  İcra Hakimiyyətinin ön fasad hissəsinin əsaslı təmir işlərinin katirovka sorğusu prosedurunun qalibi “LİDER-LİNE” MMC şirkəti olub. Yəni məsuliyyət şirkətin üzərindədir. Araşdırmamız nəticəsində məlum oldu ki,  “LİDER-LİNE” MMC 2021-ci ildən Mingəçevirdə abadlıq-təmir işləri aparır. Bu şirkət Mingəçevir Şəhər İcra Hakimiyyətinin tabeli qurumlarının abadlıq-təmir işləri ilə bağlı keçirdiyi tenderlərin qalibi seçilib. Şirkətin ilk adı “Lider-NN” MMC olub.

Əldə etdiyimiz məlumata görə bu şirkət Mingəçevirdə əsas etibarilə ətriyyat və geyim məhsullarının satışı ilə məşğuldur.

Maraqlıdır ki, “Lider-Line” MMC-nin fəaliyyət profili, inşaat sahəsində fəaliyyəti üçün  müvafiq lisenziyaları, mühəndis və işçi heyəti barədə açıq mənbələrdə məlumat yoxdur. MMC-nin qanuni təmsilçisi Aslanov Ramil Rafail oğludur. Ramil Aslanovdan əvvəl şirkətin qanuni təmsilçisi Əsgərov Namizəd Şahmar oğlu olub.

Ajans.az bu barədə xəbər paylaşandan sonra Mingəçevirdə küçə ticarətinin vüsət alması, bazarın qarşısında xaotik bir vəziyyətin olması, meyvə-tərəvəzlə dolu avtomobillərin yolun əks istiqamətində dayanmaqla intensiv hərəkətin mövcud olduğu əsas yolu zəbt etməsi, mərkəzi yolun küçə ticarətçiləri tərəfindən zəbt olunması, parklarda keyfiyyətsiz əyləncə qurğularının quraşdırılması, Kür çayında qayıqların, katerlərin qanundan kənar fəaliyyət göstərməsi iddiası ilə redaksiyamıza müraciətlər daxil oldu. Bu yaxınlarda katerlərin toqquşması, bir müddət əvvəl çayda gəminin yanması faktları da hamının xatirindədir.

Ajans.az – ın tiktok səhifəsində hadisə barədə təqdim edilən videonun şərh bölümündə isə Mingəçevirlə bağlı ciddi ittihamlar yazıldı və bu şərhlərin yazılması hələ də davam edir. Şərh yazanlar isə ünvanlarını belə gizlətmədən Mingəçevirdə bir çox ərazilərin acınacaqlı durumda olduğunu diqqətə çatdırırlar.

Şərhlərdə əsas etibarilə şəhərin mərkəzi prospektində kanalizasiya sisteminin olmaması, asfalt problemi, Mingəçevirdə binaları təmir edən “LİDER-LİNE” MMC-nin şəhərdə yaşayış və qeyri yaşayış binalarının təmirini keyfiyyətsiz həyata keçirməsi iddia olunur.

Məsələn Mingəçevir sakini olduğu deyən izləyicilərdən biri şərhdə yazır ki onun yaşadığı Ə.Vahid küçəsi 4-də binalar təmir edilərkən dəyişilməli olan çürük pəncərələr plastik pəncərələrlə əvəz olunmalı imiş. Amma əksinə çürük çərçivələr boyanıb və yenidən köhnə pəncərələr taxılıb. Quraşdırılmasına söz verilən plastik çəçivə və pəncərələri görən olmayıb.

Bundan əlavə şərh yazan izləyicilər Mingəçevir İcra Hakimiyyətinin başçısından narazılıqlarını ifadə ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 15 İyul 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri