Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Mingəçevirdə kişidən 10 yaşlı qıza qarşı iyrənc hərəkət: “Xəcalətimdən ölürəm...” Şok

Mingəçevirdə kişidən 10 yaşlı qıza qarşı iyrənc hərəkət: “Xəcalətimdən ölürəm...” Şok

Teleqraf.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mingəçevir şəhərində 1960-cı il təvəllüdlü Bəxtiyar yetkinlik yaşına çatmayan Ləmana (adlar şərti verilib – red.) seksual xarakterli hərəkətlər edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 3 sentyabr 2023-cü ildə baş verib.

Bəxtiyar həmin gün saat 17 radələrində qonşuluğunda yaşayan və həyətdə oynayan 2015-ci il təvəllüdlü Ləmanı görüb, ona qarşı şəfqət hissləri oyanıb.

O, qızı yaşadığı mənzilin pəncərəsindən səsləyib, mənzilinə gəlməsini təklif edib. Ləman bundan imtina etdikdə özü həyətə düşüb və onun əlindən tutaraq mənzilinə aparmağa nail olub. Orada azyaşlını qonaq otağına keçirib, divana əyləşdirib. Cinsi ehtirasını ödəmək məqsədi ilə ilkin olaraq Ləmanı öpüb, sonra əynindəki donunu bir qədər aşağı hissədən yuxarı qaldırıb. Sinəsindən və digər nahiyyələrindən öpərək ona qarşı seksual xarakterli hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Bəxtiyarın barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəxtiyar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, mağazadan çörək alaraq evinə doğru gedib: “Evimə çatana yaxın gördüm, iki balaca qız tum çırtlayır. Onlara dedim ki, buraları zibilləməsinlər, başqa tərəfdə oynasınlar. Həmin qız uşağı məndən soruşdu ki, top durur sizdə? Belə düşündüm ki, nəvəm evimə gələn vaxt bu qız uşaqları ilə top oynayıbmış. Qıza dedim ki, bəli, top bizdədi.

Qız mənə “verərsiz, topla oynayaq” deyə bildirdi. Dedim ki, niyə vermirəm. Bundan sonra evə doğru qalxdım. Arxamca da qız qalxdı. İttihamda yazılır ki, guya qızı pəncərədən çağırmışam, qız gəlməyib. Bundan sonra guya aşağı düşmüşəm, qızın əlindən tutaraq evə qaldırmışam. Belə bir şey mümkündürmü? Mən ağsaqqal adamam, 64 yaşım var. Qız mənim nəvəmin yaşındadır”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisələr ittiham aktında yazıldığı kimi cərəyan etməyib:

“Qız mənim arxamca evə gəldi. Mən də topu götürəndə gördüm ki, top boşalıb. Onu qıza verdim və dedim ki, bala, atana verərsən topu doldurar. Qız da boş topu istəmədi. Bundan sonra getdi. Hadisə belə olub. Mən ittiham aktını oxuyan vaxt dəhşətə gəlmişəm. Eləmədiyim qeyri-etik hərəkətlər ittiham aktında göstərilib. Mən pislik etməmişəm. Qız uşağı məndən top istəyib. Mən də topu ona vermək istəmişəm.

Mən xəcalətimdən ölürəm. Qohum-əqrəba arasında biabır olmuşam. Hətta bu işlə bağlı özümə qəsd etmək istəmişəm. Mənim 64 yaşım var, xəstə adamam, dərmanlarla yaşayıram. Şəkər xəstəsiyəm. Belə bir hadisəni törətməmişəm. Bu işdə heç bir günahım yoxdur”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bir müddət sonra qızın atası evinə gəlib: “Məndən heç nə soruşmadan üstümə hücum çəkdi. Qızın atasına dedim ki, qızı burada nə gəzir? Heç fikrimi izah edə bilmədim. Məni vurmağa başladı.

Atası gələn vaxt qız orada yox idi. Qızın ailəsi ilə qərəzli münasibətim olmayıb. O ailəni heç tanımamışam. Qız bizim evdəki əşyaları tanıya bilməz. Çünki heç vaxt bizim evdə olmayıb. O, mənim evində top olduğunu bilib. Çünki nəvəm bizə gələndə onunla top-top oynayıb. Qız top boş olduğu üçün istəmədi və getdi. 5-10 dəqiqə sonra atası gəldi.

Qapını açan kimi heç nə demədən mənə yumruq atdı, yerə yıxıldım. Məni vurdu, sol gözümdən xəsarət aldım”.

Bəxtiyar qeyd edib ki, hadisə günü içki qəbul etməyib: “Ancaq döyüldükdən sonra vəziyyətim yaxşı deyildi, ağrılarım vardı. Buna görə axşam yatmazdan əvvəl spirtli içki qəbul etdim. Mütəmadi içki içmirəm. Yalnız xeyir işlərdə və məclislərdə içdiyim olur.

Zərərçəkmiş şəxsin atasını tanımamışam. Ola bilsin, heç nə başa düşməyib, yəni anlaşılmazlıq olub. O heç məni dinləmədi də”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Ləmanın sözlərinə görə, orta məktəbin 3-cü sinif şagirdidir. Atası usta, anası isə özəl sektorlardan birində işləyir:

“Özümdən kiçik 6 yaşında qardaşım var. Yay tətillərində anam hər gün səhər saat 09:00-da işə getdikdən sonra atam saat 10-11-ə qədər bizə nəzarət edib, sonra isə öz işlərinin arxası ilə gedib. Atam gedəndən sonra nahara kimi qardaşımla düşərək həyətdə oynamışıq, anamın işdən evə gəlməsini gözləmişik. Anamı gözləyən zaman həyətə düşən başqa uşaqlarla oynamışıq. Sonradan adını bildiyim Bəxtiyar da binada başqa blokada yaşayır. Həyətdə uşaqlarla oynayan zaman həmin kişini tez-tez görmüşəm”.

Ləman qeyd edib ki, sentyabrın 2-də uşaqlarla oynayan zaman Bəxtiyar yanlarına gəlib: “Məni qucağına götürərək üzümdən öpdü, “Allah səni kəsməsin!” deyərək bizimlə futbol oynamağa başladı. Futbol oynayanda içkili olduğundan yıxıldı. Sonra ayağa qalxaraq evinə getdi. Səhəri gün saat 17 radələrində həyətdə rəfiqələrimlə oynadım. Sonra yanımda rəfiqələrimdən yalnız Nərmin qaldı.

Bəxtiyarın blokunun qarşısında oynayan zaman onun zibil atmaqdan gəldiyini gördük. Məni qucaqlayıb öpdükdən sonra evinə çıxdı. Eyvandan baxaraq əl etdi, məni yanına çağırdı, amma onun yanına getmədim. Nərmin Bəxtiyarın məni çağırmasını gördü və oradan qaçaraq skameykada oturdu. Mən isə yorulduğumdan yerimdə qaldım.

Aradan 2-3 dəqiqə keçmiş Bəxtiyar həyətə düşərək mənə yaxınlaşdı. Sağ əlimdən tutaraq məni bloka tərəf apardı. Qorxduğumdan qışqıra bilmədim və onun əlindən qaçmağa cəhd etmədim.

Bəxtiyar məni yaşadığı mənzilə gətirdi. Qapıdan içəri girəndən sonra birbaşa sağdan 2-ci otağa apararaq məni divanda əyləşdirdi. Özü isə əynində olan yaşıl rəngli koftanı çıxardı, dizi üstə xalçanın üstündə əyləşdi. Əynimdəki donu qaldıraraq əvvəlcə sinəmdən, sonra isə dodağımdan, daha sonra isə donu qaldıraraq digər nahiyələrimdən öpdü. Məndən xoşu gəldiyini dedi. Qorxduğumdan və gücüm çatmadığından, həmçinin mənzildən qaçmağın mümkün olmadığını bildiyimdən ona heç nə demədim.

Həyətdən anamın səsi gəldi. Bundan başqa atamın da addım səsləri eşidildi. Bəxtiyar bunu hiss edərək mənzildən çıxmağı, evdə olanlar barədə heç kimə heç nə deməməyi, tək olanda mənzilinə gəlməyimi göstəriş verdi. Mənzilin qapısından çıxan kimi atamı qapının qarşısında gördüm. Burada nə etdiyimi soruşanda ona Bəxtiyarım məni mənzilinə apardığını, bədənimin müxtəlif yerlərini öpdüyünü, bu barədə valideynlərimə heç bir söz deməməyi göstəriş verdiyini, həmçinin tək qalanda onun yanına gəlməyimi istədiyini dedim.

Atam hirslənərək onun qapısını döydü. Bəxtiyar qapını açıb əvvəl örtmək istəsə də, atam qapını itələyərək açdı. SonraBəxtiyarı döydü. Məni də götürərək evə gəldi. Evdə olanları anama da danışdıqdan sonra hadisə yerini anamagöstərdim.

Bəxtiyar mənimlə təbii və ya qeyri-təbii yolla cinsi əlaqədə olmayıb. Sadəcə əlimdən tutaraq evinə gətirib, bədənimin müxtəlif yerlərindən öpüb. Bəxtiyarın mənə nə etmək istəməsinin bilmirəm. Belə şeyləri başa düşmürəm”.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Bəxtiyar 15 il müddətinə azadlıqdan məhrum edilib. Onun ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi müəyyən edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 14 Yanvar 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see460

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see362

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see358

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see316

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see274

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see274

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see274

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see271

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see188

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see149

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see148

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see140

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see140

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see133

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see128

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see124

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see123

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see122

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri