Mingəçevirdə Kürdə iki kater toqquşdu
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Mingəçevirdə Kür çayında iki kater toqquşub.
Gununsesi.inf0-nun məlumatına görə, hadisə nəticəsində azı 5 nəfər xəsarət alıb.
Xəsarət alanlar Mingəçevir Şəhər xəstəxanasına çatdırılıb. Yaralıların kimliyi araşdırılır.
Faktla bağlı araşdırma başlanıb.
***
Fövqəladə Hallar Nazirliyinə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində 2 ədəd mühərrikli qayığın toqquşması barədə məlumat daxil olub.
FHN-dən Gununsesi.info -ya bildirilib ki, məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub və qayıqların vətəndaşlarla birgə sahilə çıxarılması təmin edilib.
Qəza nəticəsində su nəqliyyat vasitələrində olan 5 nəfər vətəndaş yüngül xəsarət alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 05 İyul 2025 20:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















