Mingəçevirdə Osmanbəyli Ticarət Mərkəzindən oğurluq
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mingəçevir şəhərində fəaliyyət göstərən Osmanbəyli Ticarət Mərkəzində oğurluq baş verib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Ticarət Mərkəzində yerləşən "S Telekom” mağazasından telefon oğurlanıb. Oğurluq nəticəsində mağazanı icarə əsasında işlədən S. İsmayılova 507 manat ziyan dəyib.
Hüquq-mühafizə orqanlarına müraciətdən sonra cinayəti törətməkdə şübhəli bilinən Ö.Çıqqarov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham elan edilib. Eyni zamanda barəsində başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri seçilib.
Cinayət işinə Mingəşevir Şəhər Məhkəməsində hakim Tural Hüseynlinin sədrliyi ilə baxılıb. Məhkəmə zamanı Ö.Cıqqarov verilmiş ittiham üzrə özünü təqsirli bilib.
Məhkəmənin hökmü ilə ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Seyid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 07 May 2026 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















