Icma.az
close
up
RU
Mingəçevirdə stadion işçiləri maaş həsrətində “Günün 24 saatı işləyirik, əməkhaqqımız verilmir”

Mingəçevirdə stadion işçiləri maaş həsrətində “Günün 24 saatı işləyirik, əməkhaqqımız verilmir”

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mingəçevir şəhərinin mərkəzində yerləşən, şəhid Yaşar Məmmədzadənin adını daşıyan stadionda həyat əvvəlki kimi sakit deyil. Futbol səslərinin, məşq qışqırıqlarının əks-səda verdiyi bu meydanda indi yalnız bir sual dolaşır: “Maaşımız nə vaxt veriləcək?”

Hurriyyet.az xəbər verir ki, mövzu ilə bağlı Teleqraf-ın yerli bürosuna danışan stadionun gözətçi-bağbanı Qüdrət Məmmədov bildirib ki, artıq üç aydır onlar əməkhaqqı ala bilmirlər: "Hər dəfə müdirə deyirik, deyir hələ ki, pul yoxdur, yuxarıdan vəsait köçürülməyib. Mənim 363 manat maaşım var, amma bu üç ayda bir qəpik də görməmişəm. Şikayət edirik, deyirlər ki, məşq yoxdur, yarış yoxdur. Bəs mən soruşuram, aprel-mayda yarış da olub, məşqlər də keçirilib. Niyə yəni pul yoxdur?

Narazı olan təkcə Qüdrət Məmmədov deyil. Stadionda çalışan digər əməkdaşlar - fəhlələr, təmizləyicilər və bağbanlar da eyni vəziyyətdədir. Ümumilikdə 9 nəfərdirlər. Onların dediyinə görə, əməkhaqqı ödənilmədiyi üçün artıq işə gedib-gəlmək belə çətinləşib.

Bağban Ruhin Əliyev də narazılığını gizlətmir:

"2-ci aydı, 3-cü aya keçir ki, mən maaş ala bilmirəm. Demişdilər ki, 1-2 gün gecikə bilər, amma bu qədər gecikmə olacağını deməmişdilər. 362 manat maaş alıram. İndi soruşuruq, gah deyirlər sponsor verməyib, gah başqa bəhanə. Biz də çaş-baş qalmışıq. Ailə dolanır, kirayə var, market var, necə yaşayaq?".

Əməkhaqlarının niyə gecikdiyini öyrənmək üçün stadionun direktoru Akif Hüseynova da mürciət etdik.

Onun sözlərinə görə, vəziyyət müvəqqətidir və tezliklə həllini tapacaq: "Stadion təsərrüfat hesablıdır, yəni, büdcədən maliyyələşmir. Əvvəllər maaşlar vaxtında ödənilirdi. İndi sadəcə, bir az çətinlik var. Yay aylarıdır, oyun keçirilməyib, tədbir olmayıb, bu da gəlir gətirməyib. Amma yaxın günlərdə müəyyən vəsait köçməlidir, biz də həmin pulla əmək haqlarının bir qismini ödəməyi nəzərdə tutmuşuq".

Bu kiçik stadionun böyük problemi artıq sosial narazılığa çevrilmək üzrədir. İşçilər isə hələ də gözləyir: bəlkə sabah, bəlkə birisi gün…

Hələlik isə gözətçi gecəni stadionda keçirir, bağban otları biçir, təmizləyici isə tribunaları süpürür. Amma içlərində bir ümidsizlik də böyüyür.

Onlar, sadəcə, alın təri ilə qazandıqları maaşlarını istəyirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 05 İyul 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see209

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see187

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see185

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see160

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see157

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see146

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see137

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see134

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri