Mingəçevirdə yeniyetməni bıçaqladılar
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Mingəçevirdə yeniyetmələr arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələndi
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Təbriz küçəsində baş verib. Belə ki, 16 yaşlı Adəm Əmirli ilə həmyaşıdı Vasif Əlizadə və Fəxri Səbrəlizadə arasında mübahisə yaranıb. Mübahisə zamanı V.Əlizadə bıçaqla A.Əmirliyə müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirib. Yaralı yeniyetmə dərhal xəstəxanaya çatdırılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı istintaq araşdırmaları aparılır.
Ehtiram Muradov

Mingəçevirdə avtobus yeniyetməni VURDU
11 Yanvar 2025 10:47
Mingəçevirdə yeniyetməni maşın vurub
23 Yanvar 2025 18:06
Mingəçevirdə yeniyetməni döyən şəxs SAXLANILDI
04 Dekabr 2024 10:23
Mingəçevirdə yeniyetməni döyən kişi saxlanıldı
04 Dekabr 2024 10:41
Mingəçevirdə 2 yeniyetməni maşın vurdu
02 İyun 2025 18:01

