Icma.az
close
up
RU
Mingəçevirdəki sənaye müəssisələri və energetika infrastrukturu innovativ istehsalın inkişafını dəstəkləyir

Mingəçevirdəki sənaye müəssisələri və energetika infrastrukturu innovativ istehsalın inkişafını dəstəkləyir

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 6 iyul, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə regionda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Tədbirdə sənaye, balıqçılıq, ictimai iaşə, kənd təsərrüfatı və sair sahələrdə fəaliyyət göstərən 120-dək sahibkar, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov və agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov bölgədə sahibkarlıq fəaliyyəti üçün imkanlar, dövlətin dəstək alətləri, o cümlədən KOBİA-nın xidmət infrastrukturu və dəstək mexanizmləri barədə məlumat veriblər. Qeyd olunub ki, hazırda rəqəmsal texnologiyaların tətbiqi, istehsalın səmərəliliyinin artırılması, KOB subyektlərinin dəyər zəncirinə inteqrasiyası və yaşıl iqtisadiyyatın genişləndirilməsi əsas inkişaf istiqamətləridir. Azərbaycanın əsas sənaye və energetika mərkəzlərindən olan Mingəçevirdə istehsal, xidmət və logistika sahələrinin inkişafı, yeni investisiyaların cəlbi və sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur. Şəhərdə fəaliyyət göstərən sənaye müəssisələri və energetika infrastrukturu emal sənayesinin, innovativ istehsalın və xidmət sektorunun inkişafını dəstəkləyir.

Mingəçevir sahibkarları da mövcud potensialın reallaşdırılması üçün dövlətin dəstək alətlərindən, o cümlədən KOBİA tərəfindən göstərilən xidmətlərdən yararlana bilərlər. Bunun üçün sahibkarlar KOBİA-ya birbaşa və ya bölgədə fəaliyyət göstərən KOB dostlarına müraciət edə bilərlər.

Görüşdə sahibkarlarla istehsal müəssisəsinin və işğaldan azad edilmiş ərazilərdə şirniyyat sexinin yaradılmasına, ətraf mühitin mühafizəsi ilə bağlı tədbirlərin təşviqinə, xarici kapitallı biznesin qurulmasına dəstək və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, biznes subyektlərinin təklifləri dinlənilib və sualları cavablandırılıb.

KOBİA nümayəndələri, həmçinin Mingəçevirdə termal kağız emalı və pellet yanacaq və metal konstruksiyalar istehsalı müəssisəsində olub. Sahibkarlarla biznesin inkişafına dair fikir mübadiləsi aparılıb. Bu müəssisələr müxtəlif vaxtlarda KOBİA-nın daxili bazar araşdırması və sərgilərdə iştirak kimi dəstək mexanizmlərindən faydalanıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 İyul 2026 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri