Mingəçevirdən Gəncəyə 2 manat 60 qəpiyə getmək mümkün olacaq ADY dən açıqlama FOTO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin məmnuniyyətinin daha da yüksəldilməsi, xüsusilə bölgələrdə nəqliyyatın əlçatanlığının təmin edilməsi məqsədilə ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayır.
Avtosfer.az xəbər verir ki, Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi ərəfəsində – 28 sentyabr 2025-ci il tarixindən etibarən müasir elektrik qatarları ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə xidmət göstəriləcək.
Qatarın xidmətə başlamasından əvvəl bölgəyə rəmzi mediatur təşkil olunub. Marşrutdan ilk istifadə edənlər arasında Milli Məclisin Mingəçevirdən olan deputatı Aydın Mirzəzadə və Gəncədən olan deputatları - Müşfiq Cəfərov və Naqif Həmzəyev, nəqliyyat eksperti Rauf Ağamirzəyev, eləcə də jurnalistlər var.
Azərbaycan Dəmir Yolları ASC-nin mətbuat xidməti Bəxtiyar Hacıyev Avtosfer.az-a açıqlamasında açılan yeni regional xətt üzrə qiymətlər barədə məlumat verib:
“Qatarlarda standart, standat+, biznes və birinci siniflər üzrə səyagət imkanları təklif olunacaq. Gəncə-Mingəçevir istiqamətində biletlərin minimum qiyməti 2,60 AZN, Mingəçevir-Ağstafa istiqamətində isə 6,80 AZN təşlil edəcək. Sərnişinlər səfər zamanı ödənişsiz “WiFi” xidmətindən də yararlana biləcəklər.
Biletlər artıq dünəndən, yəni sentyabrın 25-dən satışa çıxarılıb. Gəncə-Mingəçevir-Ağstafa marşrutunun istifadəyə verilməsi nətisində sərnişin daşımalarında nəzərəçarpacaq artım gözlənilir. İlkin qiymətləndirməyə əsasən, bu marşrut üzrə illik 100 minə yaxın sərnişin daşınacaq.
Səfər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 26 Sentyabr 2025 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















