Mingəçevirli 10 yaşlı şahmatçı Avropa çempionatında gümüş medal qazandı
Unikal.az saytına istinadən Icma.az xəbər verir.
Monteneqronun Budva şəhərində 29 oktyabr tarixində start götürən və 90 şahmatçının iştirak etdiyi 10 yaşlı qızlar arasında Avropa çempionatı başa çatıb.
"Unikal"ın məlumatına görə, Yarışda Azərbaycanı təmsil edən Mingəçevirli şahmatçı Mehriban Əhmədli möhtəşəm nəticə əldə edərək gümüş medala layiq görülüb.
Mehriban 9 tur ərzində 6 qələbə qazanıb, 3 görüşü isə heç-heçə ilə başa vurub. Yüksək göstəricilərinə baxmayaraq, o, cüzi xal fərqi ilə Avropa birinciliyini ikinci pillədə tamamlayıb.
Qeyd edək ki, Mehriban Əhmədli həmyaşıdları arasında dünyanın ən güclü şahmatçılarından biri hesab olunur. O, indiyədək iki dəfə dünya ikincisi, bir dəfə isə Avropa çempionu adını qazanıb.
Ehtiram Muradov
Bu mövzuda digər xəbərlər:Avropa çempionatında 391 şahmatçı
19 Fevral 2025 16:34
Azərbaycanı dünya çempionatında 10 şahmatçı təmsil edəcək
14 Noyabr 2024 15:38
Avropa çempionatında ölkəmizi 4 şahmatçı təmsil edəcək
05 Dekabr 2024 14:16
Avropa çempionatında 8 azərbaycanlı şahmatçı çıxış edəcək
29 Mart 2025 15:06
Baxış sayı:106
Bu xəbər 07 Noyabr 2025 23:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















