Icma.az
close
up
RU
Minifutbol: Azərbaycan dalğası (ARAŞDIRMA)

Minifutbol: Azərbaycan dalğası (ARAŞDIRMA)

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan artıq minifutbol üzrə həm Avropa, həm dünya çempionudur.

Ölkəmizdə rəsmi formada 10 ildən də az tarixi olan minifutbolun qısa müddətdə inkişafı diqqət çəkir.

Dünya Minifutbol Federasiyası çox gəncdir. 2013-cü ildə yaradılıb. Azərbaycan isə federasiyaya 2018-ci ildən üzv olub. Ümumiyyətlə, ölkəmizdə minifutbol federasiyası 2017-ci ildə yaradılıb.

Haşiyə çıxıb qeyd edək ki, əslində, minifutbol yeni növ deyil. 60-cı illərdən təməli qoyulan bu sahə Avropa, Amerika, Asiya qitələrində geniş yayılmışdı. Əsasən, sosialist ölkələrində populyar olan minifutbol həm də bu səbəbdən FIFA tərəfindən birmənalı qəbul edilmirdi. Bu vəziyyətdən istifadə edən qərb ölkələri minifutbola alternativ futzalı yaratdı. Ali futbol qurumu futzala daha isti yanaşdı…

Son illər minifutbol geniş inkişaf yolu keçib. Azərbaycan da bu sahənin təşəkkül tapdığı ilk ölkələrdən biridir və minifutbolun dünyada populyarlaşmasında ciddi rol oynayır.

Əvvəlcə minifutbol üzrə Avropa və dünya çempionatlarının tarixinə qısa ekskurs edək:

AÇ 2010-cu ildən keçirilir və burada Rumıniyanın hegemonluğu müşahidə edilir:

2010 Slovakiya (Rumıniya )
2011 Rumıniya (Rumıniya )
2012 Moldova (Rumıniya)
2013 Yunanıstan (Rumıniya )
2014 Karadağ (Rumıniya)
2015 Xorvatiya (Rumıniya )
2016 Macarıstan (Çexiya)
2017 Çexiya (Çexiya)
2018 Ukrayna (Çexiya)
2022 Slovakiya (Azərbaycan)
2024 Bosniya və Herseqovina (Serbiya)

İlk dəfə 2015-ci ildə keçirilən minifutbol üzrə dünya çempionatına Azərbaycan 2023-cü ildən iştirak etmək başlayıb.

DÇ-lərin tarixi:

2015 – ABŞ (Çempion: ABŞ)
2017 – Tunis (Çempion: Çexiya).
2019 – Avstraliya (Çempion: Meksika).
2023 – Ras Al Xayma, BƏƏ (Çempion: Qazaxıstan).
2025 – Bakı, Azərbaycan (Çempion: Azərbaycan).

Maraqlıdır ki, millimiz çox qısa müddətdə – AÇ-ə qatılandan 5, DÇ-də iştirakdan 2 il sonra çempion olmağı bacarıb. Bu, unikal uğurdur və bu sahənin ölkəmizdə ənənəsinin olduğuna, eyni zamanda yeni epoxanın peşəkar bacarıqlarından xəbər verir.

Qeyd edək ki, AÇ və DÇ iki ildənbir keçirilir.

***

Dünya Minifutbol Federasiyasının vitse-prezidenti Peter Kralik:

“İndiyədək keçirilən mundiallardan ən gözəli Bakıda təşkil olunandır”.

Bu sözlər hələ mundial başa çatmamış deyilmişdi. İndi isə fikirlər belədir ki, Azərbaycan bu növün FIFA-ya qəbulunda əhəmiyyətli addım atmış oldu.

Müasir həyatın əsas katalizatoru marketinqdir. Bu sahənin mütəxəssisləri isə minifutbolun futzala nəzərən daha rəngli, dinamik və müasir elementlərlə zəngin olduğunu bildirirlər. Gələcəkdə minifutbolun Azərbaycan modelində təşkilatçılığına yayım və s. vacib məsələlərdə əlavələr etməklə futzaldan daha geniş yayılmasını təmin etmək mümkündür.

Bakıda keçirilən bu mundialın yadda qalan detallarından biri də #özuşaqlarımız həştəqinin/təfəkkürünün yayılması oldu.

Bu artıq ideoloji məsələdir. Sırf azərbaycanlılardan təşkil olunan komanda ilə böyük uğurlar qazanmaq olur! Bu, idmana dövlət dəstəyinin heç vaxt əsirgəmədiyi ölkəmizdə faydalı iş əmsalı anlamında ən uğurlu məqamlardan biridir.

Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov:

“Dövləq dəstəyi olmadan bu qələbəni qazanmaq mümkün olmazdı”.

Qarşıda əsas missiya minifutbolun FIFA üzvlüyünə qəbul edilməsidir. Maraqlıdır ki, beynəlxalq siyasi arena başda olmaqla bir çox sahələrdə təşəbbüskar rolunu oynayan Azərbaycan bu işdə də öncüllük rolunu öhdəsinə götürüb.

Elçin Cəlilov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 02 İyun 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri