Icma.az
close
up
RU
Minifutbol yığmamızın Dünya çempionatı hədəfi

Minifutbol yığmamızın Dünya çempionatı hədəfi

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Futbolsevərlər bu ilin mayında Bakıda minifutbol üzrə dünya çempionatının startını səbirsizliklə gözləyirlər. Mübaliğəsiz deyə bilərik ki, yığmamız Dünya çempionatının iddialı komandalarından biri kimi, yüksək zirvəni fəth etməyə qadirdir. Əlbəttə, düşdüyümüz qrup, rəqiblər mühüm rol oynayır. Minifutbol Federasiyası finalda oynamağı komandanın qarşısına əsas hədəf kimi qoyub.

Qrupun favoriti

Millimizin baş məşqçisi Elşad Quliyev “Xalq qəzeti”nə açıqlamasında qələbəyə kökləndiklərini dedi. O, Dünya çempionatının seçmə mərhələsinin püşkatmasının nəticələrini dəyərləndirərkən rəqiblər barədə də danışdı:

– Yığmamızın düşdüyü qrupu normal hesab edirəm. A qrupundakı rəqiblərdən Sloveniya yığmasının oyunlarına bələdik. Heyətində keyfiyyətli futbolçular var, yaxşı komandadır. Mavritaniya, eyni zamanda Bəhreyn komandalarının da oyunlarını izləyəcəyik. Düşünürəm ki, yığmamız qrupun favoritidir və 1-ci yeri hədəfləmişik.

Baş məşqçi Dünya çempionatında mübarizə aparacaq komandanın heyətinin 70 faizini saxlayacaqlarını dedi:

– Azərbaycan çempionatında fərqlənən futbolçular da nəzərimizdədir. Gənclərə də komandada yer verəcəyik. Minifutbol Federasiyası dünya çempionatının finalında oynamağı qarşımıza əsas hədəf kimi qoyub. Çalışacağıq ki, bizə bəslənilən ümidləri doğruldaq.

Elşad Quliyev Dünya çempionatına hazırlıqla bağlı Bakıdakı məşqlərdən sonra Monteneqro və Slovakiyada təlim-məşqlər keçəcəklərini bildirdi. O, eyni zamanda yoldaşlıq oyunlarında da iştirak edəcəklərini vurğuladı:

– Təlim-məşqlərdə 8 komanda iştirak edəcək. Futbolçularımız Çexiya, Macarıstan, Serbiya və digər yığmalarla birgə hazırlıq keçəcəklər.

Hədəf – yüksək nəticə

Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov jurnalistlərə açıqlamasında millimizin dünya çempionatında Azərbaycanı layiqincə təmsil edib, mükafata layiq yerlərdən birini tutacağına inandığını deyib. O qeyd edib ki, ev sahibi kimi doğma azarkeşlər qarşısında ən yüksək nəticə əldə etməliyik.

Dünya çempionatı Azərbaycanda təşkil edildiyi üçün komandamız ikiqat məsuliyyət hissi daşıyır. Bugünlərdə Bakıda dünya çempionatının püşkatma mərasimindən sonra jurnalistlərə açıqlama verən Dünya Minifutbol Federasiyasının prezidenti Filip Yuda Azərbaycanın minifutbolun inkişaf etdiyi ölkə olduğunu bildirdi. O, Bakının bu nüfuzlu mundiala yüksək səviyyədə evsahibliyi edəcəyinə əmin olduğunu da dilə gətirdi.

İstək də var, imkan da

Komanda ən böyük uğurunu 2022-ci ildə keçirilmiş Avropa çempionatında əldə edib. Yığmamız Slovakiyanın Koşitse şəhərində keçirilən çempionatın finalında qitə birinciliklərinin ən titullu komandasını - altıqat Avropa çempionu Rumıniyanı 1:0 hesabı ilə məğlub edərək qızıl medala sahib olub. Yığmamız 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan dünya çempionatında isə medalın bir addımlığında büdrəyərək, 4-cü yeri tutub.

Beləliklə, komandamızın Bakıda minifutbol üzrə təşkil ediləcək dünya çempionatında ev sahibi kimi, özü də doğma azarkeşlər qarşısında qələbə qazanmaq üçün istəyi də var, potensialı da. Yığmamızın medal şansları da mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Bakıda mayın 21-dən iyunun 1-dək təşkil olunacaq və 32 komandanın mübarizə aparacağı mundialda əminik ki, millimiz qarşıya qoyduğu hədəfə çatacaq.

Leyla QURBANOVA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Mart 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see344

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see340

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see339

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see301

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see293

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see291

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see288

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see278

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see277

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see269

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see268

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see225

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri