Icma.az
close
up
RU
Minifutbolda qazanılan uğuru böyük futbolda necə qazanmaq olar? ŞƏRH

Minifutbolda qazanılan uğuru böyük futbolda necə qazanmaq olar? ŞƏRH

Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İyunun 1-də Azərbaycan minifutbol millisi tarixi nailiyyət əldə etdi! Azərbaycan minifutbol millisi ilk dəfə dünya çempionatının qalibi oldu. 

"Kəpəz" futbol komandasının sabiq baş məşqçisi, futbol eksperti Etibar İbrahimov "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində bildirdi ki, komanda həqiqətən baxımlı oyun oynadı Müəyyən zaman oldu ki, geri dönüş etdilər, müəyyən zaman oldu ki, yaxşı oyun nümayiş etdirdilər. Qrup oyunlarında etiraf edək ki, komandamız çox yaxşı çıxış etmişdi.

"Təbii ki, burada öncəliklə baş məşqçi Elşad müəllimi vurğulamaq lazımdır. Çünki, Elşad müəllimi şəxsən tanıyıram, mənimlə birlikdə pro-kateqoriya məşqçi kurslarında iştirak etmişdi. O dönəmdən özünü minifutbolda çox yaxşı tərəfdən göstərirdi. Həmin dönəmdə də nə cür bacarıqlı məşqçi olduğu hamı üçün bəlli idi. Futbolda ilk uğur məşqçinin təyinatıdır və xüsusən də rəhbərliyin futbola ayırdığı diqqət və rəhbərliklə baş məşqçinin fikirlərinin üst-üstə düşməsi bugünkü uğura gətirib çıxardı. Xırdalıqlara baxsaq, həqiqətən də bu yolda çox böyük çətinliklər olub. Turnirlərin Bakıya salınması, yoldaşlıq görüşləri, beynəlxalq oyunlar, ən önəmlisi iş həqiqətən də əhlinə tapşırıldı. Bu da Elşad müəllim idi, hansı ki, o, ona göstərilən etimadı doğrultdu".

Bəs böyük futbolumuzun inkişafı üçün nə etmək laızmdır?

Sualla bağlı baş məşqçi qeyd edib ki, minifutbolda qazanılan uğur həqiqətən də bir örnəkdir, bir yerli məşqçi ilə bu uğuru qazanmaq həqiqətən də çox xoşdur. O, bildirib ki, böyük futboldan danışsaq, yaxşı istedadlı məşqçilərimiz var.

“Uşaq futbolu onun inkişafı, yaxud infrastrukturu ilə ölçülmür. Biz eyni zamanda, futbolumuzla yanaşı, futbolçularımızın dünyagörüşünü artırmalıyıq, onların idrak məsələlərinə çox ciddi yanaşmalıyıq, onların şəxsiyyət kimi formalaşmasında bir valideyn kimi yardımçı olmalıyıq. Hazırda hamımızın üzərimizə elə bir məsuliyyət düşür ki, uşaqlarımızı biz həqiqətən də, böyük futbolçu olmağa hazırlamalıyıq. Bunu necə edə bilərik? Təbii ki, şəxsiyyət formalaşdıraraq.

Kimsə desə ki, Azərbaycanda istedad yoxdur, bu, yalandır. Mən uzun müddətdir xaricdə yaşamışam, iki il yarım Amerikada çalışmışam, Hindistanda, "Ayntraxt Frankfurt"da işləmişəm. Bütün dünyada, Afrikada, Braziliyada, bütün Avropada uşaq futbolu ilə çox yaxından tanışam, bütün akademiyalarda praktikada olmuşam. Və qeyd edim ki, Azərbaycan futbolçuları çox da geri qalmırlar. Əgər iş öz əhlinə tapşırılsa, strukturlu bir iş qura bilən bir insanlarımıza həqiqətən də güvənilsə, öz mütəxəssislərimizə güvənilsə, özümüz-özümüzə dəyər versək, tez bir zamanda çox böyük uğur qazana bilərik”, - deyə Etibar İbrahimov vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 05 İyun 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see317

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see251

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see183

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see163

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see163

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see161

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see140

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri