Icma.az
close
up
RU
Minifutbolumuzun böyük uğuru

Minifutbolumuzun böyük uğuru

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Bakıda minifutbol üzrə dünya çempionatına ev sahibliyi edib. Milli Gimnastika Arenasında təşkil edilən yarış artıq son mərhələdədir. Bu gün final görüşü keçirilib və “qızıl” uğrunda Azərbaycan və Macarıstan yığmaları üz-üzə gəlib. Oyunun startından böyük təzyiq göstərən və erkən vurulan qollarla rəqibin müqavimətini qıran millimiz 4:2 hesablı qələbə qazanaraq, çempion olub.

Böyük futboldan fərqlənən, lakin marağın az olmadığı bir turnirin Bakıda yüksək səviyyədə təşkili diqqətçəkən məqamdır. Minifutbol Federasiyasının gördüyü işlər, yığma komandanın finala vəsiqə qazanması Azərbaycanda bu sahəyə olduqca böyük diqqət və qayğının göstərildiyinin sübutudur. Eyni zamanda matçlara bir çox ölkədən keçmiş tanınmış futbolçuların gəlişi, tribunadan oyunları izləməsi fərqləndirilməli amillərdəndir.

Turnir gedişində Bakıda Dünya Minifutbol Federasiyasının Baş Assambleyasının İclası keçirilib. Dünya Minifutbol Federasiyasına üzv olan bütün nümayəndələrinin iştirak etdiyi tədbirdə Dünya Minifutbol Federasiyasının prezidenti Filip Juda Bakı şəhərində keçirilən minifutbol üzrə dünya çempionatının yüksək səviyyədə təşkil edildiyini vurğulayıb. Mundialın gözlənildiyindən də yaxşı səviyyədə keçirilməsinə görə ölkə rəhbərliyinə və Azərbaycan Minifutbol Federasiyasına minnətdarlığını çatdıran təşkilat rəsmisi bundan sonra beynəlxalq yarışlara ev sahibi etmək istəyən ölkələrə Azərbaycanı nümünə kimi göstərəcəklərini ifadə edib.

Minifutbol Azərbaycanda son illərdə inkişaf mərhələsinə qədəm qoyub. Klubların Avropa arenasında göstərdiyi nəticələr bundan xəbər verir. Ötən ilin sentyabrında Çempionlar Liqasında ölkəmizi təmsil edən “Birbaşa Bakı” Polşada keçirilən finalda Çexiyanın “Brno” komandasına qalib gəlməklə çempion olub. Hazırda milli komandada məhz “Birbaşa Bakı” komandasının üzvləri yer almaqdadır və onların çempionluqda xüsusi pay sahiblərindən olduğunu qeyd etmək lazımdır.

Mayın 21-dən start götürən mundialın hər oyunu böyükmaraqla izləndi. Təsadüfi deyil ki, minifutbolda dünya çempionatlarında azarkeş rekordu da məhz Bakıda qırıldı. 1/4 final mərhələsində keçirilən Azərbaycan – İngiltərə matçını (2:1) 7007 azarkeş izləyib. Bu minifutbol üzrə dünya və Avropa çempionatları tarixində qeydə alınan ən böyük göstəricidir. Bundan əvvəl ən çox azarkeş sayı Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının açılış matçı olan Slovakiya – Belçika görüşündə olub (6513). 

Daha əvvəl Avropa çempionu olan milli komandanın indi dünya çempionluğu Minifutbol Federasiyasında görülən işlərin düzgün istiqamətdə getdiyinin əyani sübutudur. Bakıdakı mundialda iştirak edən komandaların üzvləri də demək olar, hər açıqlamasında təşkilatçılıqdan söz açmış, müsbət fikirlər səsləndirmişdi.

Bakının 12 gün davam edən mundialda qızıl medallar qazanmaq Azərbaycan minifutbol tarixinə elə medal rəngində – qızıl hərflərlə yazılacaq. İlk turda Bəhreynlə heç-heçədən sonra ardıcıl qələbələri sıralamaqla finala gələn, həlledici görüşdə Macarıstana qalib gələn yığma tarixi uğura imza atmış oldu.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 02 İyun 2025 00:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri