Minik avtomobilləri istehsal edən ən böyük ölkələr SİYAHI
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Çin bir il ərzində təxminən 31,3 milyon avtomobil istehsal edərək dünyanın ən böyük avtomobil istehsalçısı olaraq qalır.
2024-cü ildə qlobal avtomobil istehsalı 2023-cü ilə nisbətən 1 faiz azalaraq 92,5 milyon ədəd olub.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə Ümumdünya Avtomobil İstehsalçıları Təşkilatı (OISA) məlumat yayıb.
Qeyd olunur ki, bu rəqəmin ən böyük payı minik avtomobillərinə düşür ki, bunun da 67,7 milyon ədədi istehsal edilib (-1 faiz).
İstehsal olunan yüngül kommersiya avtomobilləri - 20,9 milyon ədəd (-3 faiz) olub. Böyük yük maşınları - 3,6 milyon ədəd (-2 faiz), avtobuslar - 291 min ədəd (+17 faiz) təşkil edib.
Çin ildə təxminən 31,3 milyon ədəd istehsal etməklə dünyanın ən böyük avtomobil istehsalçısı olaraq qalır. Nəqliyyat vasitələri - (+4%).
İkinci yeri ABŞ tutur - 10,5 milyon ədəd (-1 faiz). Üçüncü yerdə Yaponiyadır - 8,2 milyon ədəd (-9 faiz).
İlk beşlikdə bu ölkələr də yer alıb: Hindistan - 6 milyon ədəd (+3 faiz) və Meksika 4,2 milyon ədəd (+5 faiz).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 23 Mart 2025 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















