Icma.az
close
up
RU
Minimum əmək haqqının artırılması qiymət siyasətinə necə təsir edir ? EKSPERT

Minimum əmək haqqının artırılması qiymət siyasətinə necə təsir edir ? EKSPERT

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Minimum əmək haqqının artırılması iqtisadi siyasətin əhəmiyyətli alətlərindən biridir və işçilərin gəlirlərinin yüksəlməsinə xidmət edir”. Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

Onun sözlərinə görə, bu addım eyni zamanda işəgötürənlərin xərclərinə birbaşa təsir göstərir: “Belə ki, əmək haqqının artması şirkətlərin əməliyyat xərclərini yüksəldir və bəzi hallarda müəssisələr bu əlavə xərci kompensasiya etmək məqsədilə malların və xidmətlərin qiymətlərini artırmağa meylli olurlar. Nəticədə, bazarda qiymət səviyyəsi müəyyən dərəcədə yüksələ bilər.

Digər tərəfdən, minimum əmək haqqı alan şəxslərin gəlirlərinin artması onların istehlak imkanlarını genişləndirir. Artan alıcılıq qabiliyyəti müəyyən şərtlərdə müəssisələrin qiymətləri kəskin artırmasının qarşısını ala bilər, çünki yüksək tələbat satışları artıraraq əlavə gəlir təmin edir.

Bununla yanaşı, bazarda kəskin rəqabət şəraitinin mövcudluğu və inhisarçı qurumların olmaması əlavə tənzimləyici mexanizm kimi çıxış edir. Rəqabətçi mühitdə sahibkarlar bazarı itirmək qorxusundan qiymətləri qaldırmaqdan çəkinir və bu da minimum əmək haqqının qiymət səviyyəsinə təsirini zəiflədir.

Minimum əmək haqqının artırılması müəyyən məhsul və xidmətlərin qiymətlərinin yüksəlməsinə səbəb ola bilər, lakin bu təsirin gücü sektordan, bazar şəraitindən və rəqabət səviyyəsindən asılıdır. Bu baxımdan, əmək haqqı siyasəti ilə qiymət sabitliyi arasında qarşılıqlı təsirləri nəzərə almaq, həm işçilərin rifahını, həm də iqtisadi sabitliyi qorumaq baxımından əhəmiyyətlidir”.

Günay Hacıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Dekabr 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see263

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see230

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see219

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see209

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see173

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see172

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see163

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see154

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see150

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see150

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see148

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see147

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see141

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see140

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see140

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see135

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see129

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see128

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see124

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri