Icma.az
close
up
RU
Minimum əməkhaqqı artacaq? VİDEO

Minimum əməkhaqqı artacaq? VİDEO

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda minimum əməkhaqqının artırılması məsələsi yenidən gündəmdədir. Əmək Məcəlləsinə bu il edilən dəyişiklik minimum əməkhaqqına ildə ən azı bir dəfə yenidən baxılmasını nəzərdə tutur. Lakin bu, hər il artım olacağı demək deyil.

Paytaxt sakinləri məsələ ilə bağlı fikirlərini Baku TV ilə bölüşüblər.

“Minimum əməkhaqqı ən azı 800 manat olmalıdır ki, hər kəs rahat dolana bilsin. Tələbə olduğum halda 400 manat mənə kifayət etmir”, – sakinlərdən biri söyləyib.

2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat proqnozlaşdırılır. Büdcə xərclərinin 44 faizinin sosialyönümlü olması nəzərdə tutulur. Eyni zamanda gələn il iqtisadi artımın 2.7 faiz olacağı proqnozlaşdırılır.

Belə olan halda növbəti ildə minimum əməkhaqqının artması üçün iqtisadi əsaslar nədən ibarətdir?

İqtisadçı Xalid Kərimli bildirib ki, minimum əməkhaqqı müəyyən edilərkən bir sıra amillər nəzərə alınmalıdır: “Minimum əməkhaqqına baxılmanı tənzimləyən qanunvericilik aktında bir neçə əsas məqam göstərilib. Burada iqtisadi inkişaf və iqtisadi artım göstəriciləri əsas rol oynayır.

Əmək məhsuldarlığının necə dəyişməsi, ortaaylıq əməkhaqqı, manatın alıcılıq qabiliyyəti, yəni inflyasiyanın səviyyəsi, sosial müavinətlər, yaşayış minimumunun dəyişməsi və iqtisadiyyatda məşğulluğun səviyyəsi də mühüm amillərdir. Hökumət minimum əməkhaqqını müəyyənləşdirərkən qanunda göstərilən bu amilləri kompleks şəkildə qiymətləndirməlidir”.

Ekspert onu da qeyd edib ki, minimum əməkhaqqının çox artırılması iqtisadiyyatda məşğulluq problemlərinə səbəb ola bilər. Xalid Kərimlinin proqnozuna görə, bu artım 10-15% həddində ola bilər.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Oktyabr 2026 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see356

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see326

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see308

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see251

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see246

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see242

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see225

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see204

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see204

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see193

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see191

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see187

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see182

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see181

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see177

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see173

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see169

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see165

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see153

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri