Icma.az
close
up
RU
MİNİMUM ƏMƏKHAQQI, YÜKSƏK VERGİ... Onların qazancı yaşayış minimumuna yaxın olacaq

MİNİMUM ƏMƏKHAQQI, YÜKSƏK VERGİ... Onların qazancı yaşayış minimumuna yaxın olacaq

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

"Vergi Məcəlləsinə" təklif edilən yeni dəyişikliklərə əsasən, yeni ildən özəl sektorda 2500 manatadək əməkhaqqı 3 faiz gəlir vergisinə cəlb ediləcək. Dövlət və neft-qaz sektorunda olduğu kimi, özəl sektorda da vergidən azad olunan məbləğ 200 manat nəzərdə tutulub.

2026-cı ildə isə hökumət yaşayış minimumunu və ehtiyac meyarını 300 manat səviyyəsində müəyyən edib. Əmək qabiliyyətli şəxslər üçün bu rəqəm 317 manat, uşaqlar üçün 260 manat, pensiyaçılar üçün isə 245 manat təşkil edəcək.

Ehtiyac meyarı – 1 ay ərzində 1 nəfərin yaşamaq üçün ehtiyac duyduğu ən zəruri ərzaq, gündəlik tələbat malları və s. xərcləridir. Xatırladaq ki, 2026-cı ildə minimum əməkhaqqı artmayacaq – 400 manat səviyyəsində qalacaq. Amma 400 manatın 200 manatından 3 faiz də gəlir vergisi tutulacaq. Beləliklə, minimum əməkhaqqı alan vətəndaşın əlində bu qədər pul qalacaq:

İşçinin sosial sığorta haqqı: əməkhaqqının 3%-i olub, çıxılır.
İşsizlik sığortası haqqı: əməkhaqqının 0,5%-i təşkil edir.
Tibbi sığorta: əməkhaqqının 2%-i olur (ailə üçün olduğu halda).

Beləliklə, 400 manatlıq minimum əməkhaqqından çıxılmalar təxminən belə ola bilər:

Gəlir vergisi:
200 manat × 3% = 6 manat

Sosial sığorta haqqı:
400 manat × 3% = 12 manat

İşsizlik sığortası haqqı:
400 manat × 0,5% = 2 manat

İcbari tibbi sığorta haqqı:
400 manat × 2% = 8 manat

Cəmi tutulmalar: 6 + 12 + 2 + 8 = 28 manat

İşçinin əlində qalan vəsait:
400 – 28 = 372 manat.

Beləliklə, minimum əməkhaqqı alan vətəndaşın real gəliri 372 manat olacaq. Bu da o deməkdir ki, 2026-cı ildə minimum əməkhaqqı alan işçinin gəliri cəmisi 55 manat fərqlə yaşayış minimumunu (317 manat) üstələyir.

Dövlət Statistika Komitəsinin və müxtəlif əmək bazarı araşdırmalarının məlumatları göstərir ki, hazırda ölkədə muzdla çalışanların ümumi sayı 1,77 milyon nəfərdir. Onların arasında maaş bölgüsü kəskin fərqlənir. Orta aylıq əməkhaqqı 2025-ci ilin yanvar–avqust aylarında 1043 manat göstərilsə də, bu rəqəm əmək bazarındakı real vəziyyəti tam əks etdirmir. Maaş bölgüsündə yüksək gəlir alan kiçik təbəqə orta göstəricini süni şəkildə artırır.

Müstəqil ekspertlərin iddialarına görə, Azərbaycanda muzdla işləyənlərin içərisində 400 manat və ondan bir qədər yuxarı əməkhaqqı alanların sayı kifayət qədər yüksəkdir. Yəni işləyənlərin müəyyən hissəsi sosial ödənişlər çıxıldıqdan sonra minimum əməkhaqqına yaxın və ya bir qədər çox gəlir əldə edir.

Ekspertlər hesab edirlər ki, buna görə də minimum əməkhaqqına yaxın maaş alanların vergidən azad olunması sosial ədalət baxımından əhəmiyyətlidir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov təklif edir ki, minimum əməkhaqqı gəlir vergisindən azad edilməlidir. Onun sözlərinə görə, əksər dövlətlərdə minimum əməkhaqqının gəlir vergisindən azad olunduğunu nəzərə alaraq, oxşar praktikanın Azərbaycanda da tətbiqi məqsədəuyğundur: “Həm dövlət, həm də özəl sektorda minimum əməkhaqqı alan vətəndaşlarımızın maaşları vergidən azad olunması sosial təminat baxımından da arzuolunandır. Bu zaman hər iki sektorda vergidən azad olunan məbləğ 400 manat müəyyənləşə bilər. Həmin vətəndaşlarımızın maaşları yüksək olmadığı üçün əməkhaqlarının vergiyə cəlb olunması arzuolunan deyil. Bu baxımdan, həm dövlət, həm də özəl sektorda minimum əməkhaqqı alan vətəndaşlarımızın maaşlarının vergidən azad olunmasını təklif edirik”.

İqtisadçı hesab edir ki, həm dövlət, həm də özəl sektorda vergidən azad olunan məbləğin minimum əməkhaqqı ilə əlaqələndirilməsi nisbətən az maaş alan vətəndaşların da gəlirlərini artıra bilər.

“Belə ki, bu halda gəlir vergisi hesablanarkən vergidən azad olunan məbləğ 200 manat deyil, 400 manat ola bilər ki, bu da birbaşa maaşların artımına gətirib çıxarar. Bu o deməkdir ki, bu halda 2500 manatadək əməkhaqqı alan vətəndaşlarımızın maaşlarında artım qeydə alına bilər”, – o qeyd edib.

E. Rüstəmli
“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Noyabr 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri