Minimum əməkhaqqının artırılması ilə bağlı tapşırıqlar hökumətə göndərilib Sahil Babayev
Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Yaxın günlərdə gələn ilin büdcə zərfi çərçivəsində Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan növbəti sosial islahatlar paketi müzakirə olunacaq".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, həm minimum əməkhaqqı, həm pensiya, həm də sosial müavinətlərin artırılması ilə bağlı tapşırıqlar hökumətə göndərilib: “Noyabrın 21-də keçirilən Əmək və sosial siyasət komitəsinin iclasında DSMF, İşsizlikdən Sığorta Fondunun büdcəsi geniş şəkildə müzakirə olunacaq. Ümumilikdə əmək pensiyalarının maliyyələşdirilməsi üçün 7,2 milyard manat ayrılması nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 11 % çoxdur".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 19 Noyabr 2024 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















