Icma.az
close
up
RU
Minimum maaş artımı hamıya eyni təsir etməyəcək AÇIQLAMA

Minimum maaş artımı hamıya eyni təsir etməyəcək AÇIQLAMA

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son illər Azərbaycanda minimum əmək haqqının mərhələli şəkildə artırılması əmək bazarında ən çox müzakirə olunan məsələlərdən biri olaraq qalır. Ekspertlər hesab edirlər ki, minimum maaşdakı dəyişiklik yalnız aşağı gəlirli vətəndaşlara deyil, ümumilikdə ölkə üzrə orta aylıq əməkhaqqı göstəricilərinə də təsir edir. 

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Vüqar Bayramov bildirib ki, minimum əmək haqqının artması ölkə üzrə ortalama maaş göstəricilərinə birbaşa təsir göstərir:

“Minimum əmək haqqının artması ümumi ortalama əməkhaqı məbləğinə təsir göstərir. Çünki təxminən 700 minə yaxın vətəndaşımızın əməkhaqqısında artımlar baş verirsə, bu ölkə üzrə ortalama əməkhaqı məbləğinə də təsirsiz qalmır”.

Deputat qeyd edib ki, burada söhbət yalnız minimum əmək haqqı alan şəxslərdən getmir:

“Nəzərə alsaq ki, burada yalnız minimum əmək haqqı alan vətəndaşlarımızın deyil, eyni zamanda vəzifə tarif cədvəlinə uyğun olaraq maaş alan vətəndaşlarımızın da əməkhaqqılarında artımlar baş verir”.

Vüqar Bayramovun sözlərinə görə, Nazirlər Kabineti minimum əmək haqqındakı dəyişikliklərə uyğun olaraq müəyyən maaşların artırılması ilə bağlı qərarlar qəbul edir:

“Çünki Nazirlər Kabineti həmin vətəndaşlarımızın, xüsusən də dövlət qurumlarında çalışan və dövlət qulluqçusu olmayan vətəndaşlarımızın vəzifə maaşlarını artırması ilə bağlı qərar qəbul edir və minimum əmək haqqının yeni məbləğinə uyğunlaşdırır”.

Deputat bildirib ki, bu dəyişikliklər dövlət sektorunda çalışan bir sıra şəxslərin maaşına birbaşa təsir edir:

“Buna görə minimum əmək haqqı məbləğinin artması məhz həmin vətəndaşlarımızın da maaşlarına birbaşa təsir göstərir və artımlar müşahidə olunur. Amma konkret sektorlar üzrə maaş artımları ayrıca sənədlərlə tənzimlənir”.

Vüqar Bayramov vurğulayıb ki, minimum əmək haqqındakı artım həm dövlət, həm də özəl sektorda çalışan vətəndaşlara təsir göstərir:

“Minimum əmək haqqının artımı dövlət və özəl sektorda minimum əmək haqqı alan vətəndaşlarımızın maaşına və eyni zamanda dövlət orqanlarında çalışan və dövlət qulluqçusu olmayan vətəndaşlarımızın əməkhaqqılarının artmasına gətirib çıxarır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 May 2026 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri