Minimum parklanma tələbi şəhərlərə nə vəd edir? ARAŞDIRMA
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Şəhərsalmada minimum parklanma yerlərinin müəyyən edilməsi ilə bağlı yanaşma müxtəlif ölkələrdə fərqli nəticələr doğurub. Mütəxəssislər hesab edirlər ki, bu sahədə beynəlxalq təcrübənin nəzərə alınması böyük əhəmiyyət daşıyır.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Anar Əliyev ABŞ-də uzun illər tətbiq olunan minimum parklanma yerləri siyasətinin şəhərsalmaya təsirləri ilə bağlı fikirlərini bölüşüb.
Ekspert bildirib ki, vaxtilə ABŞ-də təsdiqlənən minimum parklanma tələbləri nəticəsində bir çox şəhərlərdə yaşayış və ictimai məkanların əhəmiyyətli hissəsi geniş asfalt sahələrinə və parklanma meydançalarına çevrilib. Bu yanaşma şəhər məkanından səmərəsiz istifadəyə səbəb olub.
Anar Əliyev hesab edir ki, parklanma yerlərinin daha çox şəhərlərin giriş hissələrində, Park & Ride sistemi əsasında yaradılması məqsədəuyğundur. Bu halda sürücülər avtomobillərini həmin ərazilərdə saxlayaraq ictimai nəqliyyatdan istifadə edə bilərlər.
Şəhərin daxilində minimum parklanma yerlərinin məcburi qaydada müəyyən edilməsi şəxsi avtomobildən istifadəni təşviq edir, nəqliyyat sıxlığını artırır və şəhər torpaqlarından səmərəsiz istifadəyə gətirib çıxarır.
Anar Əliyev qeyd edib ki, son illərdə Avropanın bir çox şəhərində əks yanaşma tətbiq edilir. Belə ki, minimum parklanma tələbləri mərhələli şəkildə ləğv olunur və ya onların əvəzinə maksimum parklanma limitləri müəyyən edilir. Bu siyasətin əsas məqsədi şəhərlərin avtomobillərdən daha çox insanlar üçün rahat, təhlükəsiz və əlverişli mühit kimi inkişaf etdirilməsidir.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 22 İyul 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















