Icma.az
close
up
RU
Minimum şərtlərlə razılaşmağa, işləməyə məcburuq Azər Bağırovun xilas formulu varmı?

Minimum şərtlərlə razılaşmağa, işləməyə məcburuq Azər Bağırovun xilas formulu varmı?

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Kəpəz"in ötən mövsüm komandanı premyer-liqada saxlamağı bacaran Azər Bağırovla anlaşdığını xəbər vermişdik. Gəncə təmsilçisinin köhnə-yeni baş məşqçisi ilə müqavilənin müddəti "futbol ili"nin sonuna qədərdi.

"Football-plus.az" Azər bəylə əlaqə saxlayıb, bəzi önəmli məqamlar haqda fikirlərini öyrəndi.
- Maraqlıdı, ötən mövsüm hansı məsələlərdə anlaşa bilməmişdiz ki, bu dəfə alındı? Buna əvvəl nə mane olmuşdu?
- Bu məsələyə qayıtmaq istəmirəm. Hər şey geridə qalıb. Bu gün "Kəpəz"dəyiksə, qollarımızı çırmalayıb komandanın uğurları üçün çalışmalıyıq.
- Məlum ayrılıq mənzərəsindən sonra qayıtdıqda hansı hissləri keçirdiz?
- Düzü, stadiona yaxınlaşanda sözün əsl mənasında duyğulandım. Ancaq bəzi reallıqlar var ki, bununla barışmaq lazımdı. Hər işdə bir xeyir var. Allaha həmd olsun.
- İşsiz günlərdə çempionatla maraqlana bilmisiz? Yoxsa sizə vaxt lazım olacaq?
- Demək olar ki, çempionatın bütün matçlarını canlı izləmişəm. Bəlkə hansısa matçın bir neçə dəqiqəsini izləyəməyə vaxt olmayıb. Çempionata bələdəm, hadisələrin axarından xəbərdaram.
- Heyətin hədəfə çata bilmək üçün yetərli olduğunu düşünürsüz? Yoxsa ciddi dəyişikliklərə ehtiyac var? Nəzərə alaq ki, "transfer pəncərəsi" bağlıdı...
- Heyətdə ciddi dəyişiklik etmək üçün böyük imkanlara malik olmaq lazımdı. "Kəpəz"ə 12 legioner transfer olunub. Hazırda azad agent statusu daşıyan təcrübəli yerli futbolçu yoxdu. Bu gün minimum şərtlərlə razılaşmağa, işləməyə məcburuq. Əlimizdə olan heyətlə yaxşı işlər görməyə çalışacağıq.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Oktyabr 2025 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see210

Vilayət Eyvazovdan bəylə gəlinə sürpriz FOTOLAR

23 Noyabr 2025 14:12see202

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see184

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see172

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

21 Noyabr 2025 20:29see139

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see133

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

22 Noyabr 2025 01:05see131

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

21 Noyabr 2025 23:40see128

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see128

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

22 Noyabr 2025 01:26see127

Misir telekanalında Azərbaycan musiqisi haqqında veriliş yayımlanıb

22 Noyabr 2025 01:42see127

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see127

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see125

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see124

Yağın ucuz olduğu ölkələrdən böyük həcmdə idxal edirlər, öz etiketini vurub yerli istehsal məhsulu kimi satırlar

22 Noyabr 2025 00:58see124

Suitilərin əvvəllər məlum olmayan davranış xüsusiyyəti aşkar edilib...

21 Noyabr 2025 23:38see120

Çin rabitə peykini orbitə çıxardı

22 Noyabr 2025 01:38see119

Kürdəmir sakini saxta kredit vədinin qurbanı oldu (VİDEO)

21 Noyabr 2025 19:12see119

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see119

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri