Icma.az
close
up
RU
Minlərlə azərbaycanlını gözləyən risk: bu elana inanmayın! Xəbərdarlıq

Minlərlə azərbaycanlını gözləyən risk: bu elana inanmayın! Xəbərdarlıq

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Son illər Almaniyaya “Ausbildung” proqramı ilə getmək istəyən gənclərin sayı xeyli artıb. Bildirilir ki, bu maraqdan sui-istifadə edən bəzi dil kursları onlara lazımi hazırlıq vermədən yola salırlar. Nəticədə yetərli dil səviyyəsi və peşə hazırlığı olmayan minlərlə insan Almaniyada həm təhsil, həm də iş imkanlarından uzaqlaşdırılır, böyük maddi və mənəvi itkilərlə üzləşirlər.

Dil kursları və vasitəçi şirkətlər hansı fırıldaqlara əl ata bilər? Almaniyaya gedən gənclər nə kimi real risklərlə üz-üzə qalırlar?

Globalinfo.az-a danışan deputat Ceyhun Məmmədov deyib ki, bu məsələdə gənclərimiz xüsusilə diqqətli olmalıdırlar:

Ceyhun Məmmədov

“Təəssüf ki, Azərbaycanda təhsil sahəsində də fırıldaqçılıqla məşğul olan şirkətlər və şəxslər fəaliyyət göstərir. Onların yanlış yönləndirmələri gənclərin gələcək planlarına ciddi zərər vurur. Xaricdə, xüsusilə Almaniyada təhsil almaq üçün konkret tələblər mövcuddur və bu şərtlərə əməl etmək vacibdir. Məsələn, dil kurslarına qatılmaq və müəyyən hazırlıq mərhələlərini keçmək tələb olunur. Bu şərtlərə əməl olunmadıqda gənclər həm iş imkanlarından məhrum olur, həm də maddi və mənəvi itkilərlə üzləşirlər. Bu səbəbdən məsləhət görürəm ki, “attestatla xaricdə təhsil” adı altında verilən vədlərə aldanmasınlar. Belə hallarda təhsillərini başa vurduqdan sonra da ciddi problemlərlə qarşılaşa bilərlər. Qərar qəbul etməzdən əvvəl gənclər şərtləri diqqətlə araşdırmalı, şirkətin keçmiş fəaliyyətinə nəzər salmalı və yalnız bundan sonra seçim etməlidirlər”.

Təhsil eksperti Vüsal Kərimli isə bildirib ki, Azərbaycanda hazırlıq və dil kurslarının sertifikatlaşdırılması məsələsinə diqqət edilməlidir:

“Aidiyyəti qurumlar bu kursların sertifikatlaşdırılması və keyfiyyət göstəricilərinə ciddi nəzarəti təmin etməlidir. Kursların fəaliyyət göstərməsi üçün müəyyən tələblərin yerinə yetirilməsi vacibdir. Yalnız qanunvericiliyə uyğun şəkildə işləyən kurslar cəmiyyət üçün faydalı ola bilər və bu da keyfiyyətsiz tədrisin qarşısını alar”.

Vüsal Kərimli

Ekspert qeyd edib ki, məsələ yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi ilə məhdudlaşmamalıdır:

“Əsas diqqət məhz tədrisin keyfiyyətinə yönəlməli və bu sahədə standartların tətbiqi təmin olunmalıdır. Müəyyən təlimatlar hazırlanmalı, kursların hansı şəraitdə və formatda tədris apara biləcəyi dəqiq qaydalarla müəyyənləşdirilməlidir. Bu qaydalara və standartlara riayət olunduğu halda, kursların fəaliyyəti həm daha şəffaf, həm də səmərəli olacaq. Almaniyaya getmək istəyən gənclərin sayı artsa da, bəzi dil kursları və vasitəçilər onları yetərli hazırlıq vermədən göndərir. Bu halda gənclər həm dil, həm də peşə bilikləri çatışmadığı üçün sözügedən ölkədə təhsil və iş imkanlarından kənarda qala bilərlər. Real risklər arasında saxta sertifikatlar, düzgün məlumat verilməməsi və proqramdan erkən çıxmaq halları var”.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Sentyabr 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri