Minlərlə insan yaşayırdı, birdən birə tərk edildi Fotolar
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Haşima adası bir vaxtlar minlərlə insanın yaşadığı, bu gün isə tamamilə tərk edilmiş sənaye adası kimi tanınır.
“Qafqazinfo” xəbər verir ki, Yaponiya sahillərində yerləşən və uzaqdan döyüş gəmisinə bənzədiyi üçün “Döyüş gəmisi adası” adlandırılan Haşimada keçmişdə kömür mədənləri fəaliyyət göstərib.
Ən aktiv dövründə adada təxminən 5300 nəfər yaşayırdı və bu göstərici onu dünyanın ən sıx məskunlaşmış ərazilərindən birinə çevirirdi.
Adada yalnız mədənlər deyil, həm də yaşayış binaları, məktəblər, xəstəxana və mağazalar mövcud idi. Burada ailələr yaşayır, uşaqlar təhsil alır, işçilər isə yeraltı mədənlərdə çalışırdı.
Lakin Yaponiyanın enerji siyasətində kömürdən neftə keçidi adanın taleyini dəyişib. 1974-cü ildə mədənlərin bağlanmasından sonra əhali adanı tərk edib və Haşima qısa müddətdə boş qalıb.
Bu gün ada külək və duzlu dəniz suyunun təsiri ilə aşınmış beton binaları ilə xarabalıq vəziyyətindədir. Haşima hazırda dünyanın ən məşhur tərk edilmiş məkanlarından biri hesab olunur.
2009-cu ildən etibarən ada məhdud şəkildə turizm üçün açılıb. Ziyarətçilər yalnız müəyyən edilmiş marşrutlar üzrə hərəkət edə bilir, təhlükəsizlik səbəbindən bir çox tikiliyə giriş isə qadağan edilib.














Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 07 May 2026 06:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















