Minlərlə ukraynalı qaçqın İsraildən deportasiya oluna bilər
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukraynadan olan ən azı 25.000 qaçqın qoruma proqramının uzadılması və yaşayış icazəsinin verilməsindəki gecikmələr səbəbilə İsraildə yaşamaq hüququnu itirə bilər.
APA xəbər verir ki, bu barədə cümə axşamı “Haaretz” qəzeti məlumat verib.
Qəzetin məlumatına görə, İsraildə ukraynalılar üçün yaşayış və iş icazələrinin müddəti dekabrın sonunda başa çatacaq və bundan sonra on minlərlə ukraynalı vətənlərinə deportasiya ilə üzləşəcək.
Hökumət hələ proqramın uzadılıb-uzadılmayacağı ilə bağlı bir qərar qəbul etməyib. Məsələ hələ də müzakirə mərhələsindədir.
Qeyd olunur ki, bir neçə insan hüquqları təşkilatı 2024-cü ilin noyabr ayında dövlət qurumlarına Ukrayna qaçqınları üçün müvəqqəti qorunmanın uzadılmasını xahiş edən ən azı üç məktub göndərib, lakin heç bir cavab alınmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 05 Dekabr 2025 05:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















