Icma.az
close
up
RU
Minsk qrupu kağız üzərində niyə saxlanılır?

Minsk qrupu kağız üzərində niyə saxlanılır?

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ATƏT-in bu lazımsız qurumu rəsmi qaydada ləğv olunmalıdır 

Azərbaycanın xarici siyasətində  beynəlxalq təşkilatlarla əməkdaşlıq mühüm yer tutur. Məhz bunun nəticəsidir ki, ölkəmiz bir sıra beynəlxalq təşkilatların fəal üzvüdür. Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində də aktiv siyasət həyata keçirir. Bu təşkilatlar arasında ATƏT də  xüsusi vurğulanmalıdır.

Ceyhun Bayramov: Avropada islamofobiyanın artması narahatlıq doğurur

Qeyd edək ki, dekabrın 5-də Maltanın paytaxtı  Valetta şəhərində ATƏT Nazirlər Şurasının 31-ci iclası keçirilib. İclasda çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, təşkilatın Nazirlər Şurasının iclası olduqca mürəkkəb dövrə təsadüf edir. Beynəlxalq hüququn pozulması, beynəlxalq öhdəliklərin yanlış təfsiri və selektiv şəkildə tətbiqi inam və etimadın azalmasının, habelə çoxtərəfliliyin davam edən böhranının əsasında dayanır. Eyni zamanda, təhlükəsizlik və sabitlik heç bir sərhəd tanımayan və çoxtərəfli həllər tələb edən artan transmilli çağırışların mövcudluğuna görə təhdid altındadır. Onun sözlərinə görə, Avropada islamofobiya və antisemitizm kimi etnik, dini dözümsüzlüyün və ayrı-seçkiliyin artması narahatlıq doğurur.

Nazir qeyd edib ki,  ATƏT-ə üzv olan müvafiq dövlətlərin təşkilat çərçivəsində aidiyyəti və beynəlxalq öhdəliklərinə əməl etmələri son dərəcə vacibdir: “Helsinki Yekun Aktından başlayaraq, ATƏT-in bütün sənədlərində təsbit olunmuş fundamental norma, prinsip və öhdəliklərə hörmət edilməsi və əməl olunması, xüsusilə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət, təhlükəsizlik və sülhün təməl daşı, eləcə də dialoq və əməkdaşlıq üçün əsas olmalıdır. Azərbaycan ATƏT-in də daxil olduğu effektiv çoxtərəfliliyin güclü tərəfdarı olaraq qalır və büdcənin qısa zamanda qəbul edilməsi, habelə ATƏT-in funksionallığı ilə bağlı, baş katibin və icra strukturlarının rəhbərlərinin təyin edilməsi məsələsi ətrafında yaranmış çıxılmaz vəziyyətin həll olunması məsələlərinin həllində konstruktiv qarşılıqlı fəaliyyətə çağırır. Təşkilatın məhdud resursları ATƏT-in Maliyyə Qaydalarına tam uyğun olaraq, ən çox ehtiyacın duyulduğu istiqamətə, aktual və konsensusun mövcud olduğu proqram fəaliyyətlərinin maliyyələşdirilməsinə yönəldilməlidir”.

ATƏT zərərli ambisiyaların girovuna çevrilməsinə baxmayaraq...

C.Bayramov çıxışında ATƏT-in keçmiş Minsk prosesi ilə bağlı strukturlarının köhnə və reallığa uyğun olmadığını da diqqətə çatdırıb. Bu strukturların kağız üzərində saxlanması təşkilatın Maliyyə Qaydalarına ziddir. Müvafiq olaraq, bu vəziyyət büdcə prosesi çərçivəsində tənzimlənməlidir. “ATƏT-in zərərli ambisiyaların girovuna çevrilməsinə baxmayaraq, bölgədə Ermənistan-Azərbaycan kontekstində xeyli irəliləyişlər əldə edilib. Qanunsuz hərbi mövcudluğun aradan qaldırılması, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası nəticəsində artıq sülh faktiki olaraq bərqərar edilib. Bu, substantiv şəkildə dövlətlərarası münasibətlərin normallaşmasına yol açmaq üçün yeni imkanlar yaradıb”,-deyən XİN başçısı əlavə edib ki, Nazirlər Şurasının son iclasından bəri Azərbaycan və Ermənistan birbaşa ikitərəfli dialoq vasitəsilə sərhədlərinin bir hissəsinin delimitasiyasını və demarkasiyasını başa çatdırıblar. Müvafiq sərhəd komissiyalarının birgə fəaliyyəti haqqında bu yaxınlarda qüvvəyə minmiş Əsasnamə delimitasiya işinin növbəti mərhələlərinin həyata keçirilməsini təmin edəcək. Digər bir istiqamət üzrə isə ikitərəfli saziş layihəsinin mətni üzərində fəaliyyətdə əhəmiyyətli irəliləyiş əldə olunub.

Nazirin fikrincə, bu nailiyyətlər birbaşa ikitərəfli danışıqların Azərbaycanın ardıcıl olaraq mübarizə apardığı normallaşma prosesində irəliləməyin ən yaxşı və yeganə əlverişli yolu olduğunu əyani şəkildə göstərir: “Əldə olunan tərəqqiyə baxmayaraq, normallaşma istiqamətində həll olunmamış problemlər də qalmaqdadır. Onun yekunlaşdırılması Ermənistanın hələ də konstitusiyasında və digər qanunvericilik aktlarında təsbit edilmiş ərazi iddialarını aradan qaldırmaqla, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməklə bağlı bəyan etdiyi öhdəliyini əməli surətdə həyata keçirməsindən asılıdır. Sülh və mehriban qonşuluq münasibətləri, Ermənistan konstitusiyasında Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınmasının şübhə altına alındığı və ikitərəfli sazişin icrasının Ermənistanın daxili hüquqi və ya siyasi ssenarilərindən asılı olacağı təqdirdə, davamlı və dönməz ola bilməz”.

Tarixi imkan yaranıb

C.Bayramov deyib ki, Azərbaycan və Ermənistanın qarşıdurma səhifəsini çevirmək və mehriban qonşuluq münasibətləri qurmaq üçün tarixi imkan yaranıb. Bu həlledici məqamda suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında münasibətlər normallaşdırılmalıdır. Azərbaycanın bu məsələdə qətiyyəti dəyişməzdir və biz buna qarşılıq olaraq Ermənistan tərəfindən də siyasi iradə və məsuliyyət gözləyirik. “Eyni zamanda, bütövlükdə beynəlxalq ictimaiyyət, o cümlədən burada ATƏT çərçivəsində, hazırkı prosesə zərər verməmək, təxribatçı hərəkətlərdən və gərginliyin artmasından çəkinməkdən məsuldur”,-deyə nazir vurğulayıb.

Qeyd edək ki, toplantı çərçivəsində Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb. Görüşdə Azərbaycan və Aİ münasibətlərinin hazırkı durumu, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, habelə ətraf mühitin qorunması istiqamətində əməkdaşlıq imkanları, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol diqqətə çatdırılıb. Ölkəmizin COP29 sədrliyi çərçivəsində xüsusilə maliyyə hədəflərinin artırılması daxil olmaqla, iqlim dəyişmələri ilə mübarizə sahəsində dönüş yarada biləcək tarixi razılıqların, eləcə də “yaşıl enerji” sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Aİ-nin missiyası ölkəmiz əleyhinə təbliğatda alətə çevrilib

C.Bayramov, qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu fəaliyyətə maneə törədən mina təhdidi, habelə Azərbaycanın Ermənistanla normallaşma gündəliyi barədə məlumatlandırıb. Ermənistanın ölkəmizə qarşı davam edən ərazi iddialarının sülh prosesinə maneə təşkil etdiyi qeyd olunub.

Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyətinə toxunan nazir sözügedən missiyanın bəyan olunmuş məqsədlərinə zidd olaraq ölkəmiz əleyhinə təbliğat kampaniyasının alətinə çevrilməsinin narahatlıq doğurduğunu diqqətə çatdırıb.

Görüşdə, tərəflər həmçinin gündəlikdə duran və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıb.

Azərbaycanın XİN başçısı, həmçinin Finlandiya, Gürcüstan, Slovakiya, Sloveniya, Andorra və İsveçrədən olan həmkarları ilə də görüşüb. Görüşlər zamanı ikitərəfli əlaqələrin müzakirəsi ilə yanaşı avropalı diplomatlar Cənubi Qafqazdakı vəziyyət barədə də məlumatlandırılıblar.

Nardar BAYRAMLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Dekabr 2024 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see599

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see405

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see276

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see274

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see273

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see271

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see267

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see256

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see254

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see253

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see249

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see247

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see236

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see229

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see219

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see215

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see215

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see212

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

08 Sentyabr 2026 23:21see197

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri