Icma.az
close
up
RU
Minskdə azərbaycanlı qəhrəmanlara həsr olunmuş anım tədbiri keçirilib

Minskdə azərbaycanlı qəhrəmanlara həsr olunmuş anım tədbiri keçirilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kiyev, 18 aprel, AZƏRTAC

Minskdəki Dostluq Evində Belarusun alman-faşist işğalçılarından azad olunması zamanı xüsusi şücaət və qəhrəmanlıq göstərmiş azərbaycanlı qəhrəmanlara həsr olunmuş anım tədbiri keçirilib.

AZƏRTAC-a səfirlikdən verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfirliyi və Belarusun Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti tərəfindən təşkil olunub. İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi çərçivəsində keçirilən tədbirdə Belarus Milli Elmlər Akademiyasının nümayəndələri, Azərbaycanın Belarusdakı səfirliyinin əməkdaşları, Belarus Respublikasının Azərbaycan icmaları konqresinin və Belarus Dostluq Cəmiyyətinin fəalları, eləcə də universitet və kollec müəllimləri və tələbələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev Azərbaycan xalqının İkinci Dünya müharibəsində qələbəyə verdiyi mühüm töhfədən bəhs edib. O xatırladıb ki, Azərbaycandan cəbhəyə təxminən 700 minə yaxın insan yollanıb, onlardan 350 mindən çoxu geri qayıtmayıb. Müharibə dövründə göstərdikləri qəhrəmanlıq və şücaətə görə, 128 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, onlardan 12-si Belarusun azad olunması uğrunda döyüşlərdə fərqlənib. 15 azərbaycanlı “Şöhrət” ordeninin bütün dərəcələri ilə təltif olunub. 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif olunub.

Diplomat İkinci Dünya müharibəsində qəhrəmancasına vuruşmuş azərbaycanlıların xatirəsinin daim diqqətdə saxlanılmasına görə Belarus rəhbərliyinə minnətdarlığını ifadə edib.

Belarus Dostluq Cəmiyyətinin Rəyasət Heyətinin sədri Nina İvanova çıxışında belə tədbirlərin xalqlar arasında qarşılıqlı anlaşma və hörmətin güclənməsinə töhfə verdiyini bildirib.

Tədbir çərçivəsində Əhməd Cavadın “Oyan” şeiri belarus dilində səsləndirilib, belarus və rus şairlərinin əsərləri ifa olunub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Aprel 2025 08:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri