Icma.az
close
up
RU
Miokard infarktının simptomları və diaqnostikası

Miokard infarktının simptomları və diaqnostikası

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Miokard infarktı olmasından şübhələnmək üçün ilk əlamət - döş sümüyü arxasındakı (döş qəfəsinin orta hissəsində) kəskin ağrının baş verməsidir.

Miokard infarktı zamanı baş verən ağrı çox güclü olub, bəzən xəncər yarası kimi, bəzən didici, bəzən yandırıcı şəkildə hiss edilir. Bəzən bu ağrı hissiyyatı o qədər dözülməz olur ki, xəstə qışqırmağa məcbur olur.

Ağrı sol qola, çiyinə, kürəyə, aşağı çənəyə, boyuna, kürəklərarası sahəyə də yayıla bilər. Digər bir halda miokard infarktı zamanı ağrı yox, döş qəfəsində narahatlıq - kəskin sıxılma, təzyiq edilməsi, ağırlıq hissiyyatı baş verə bilər. Ağrı bəzi hallarda ürəkbulanma, qusma, soyuq tər, həyəcanlanma, ölüm qorxusu, ürək ritminin pozulması, nəfəs almanın çətinləşməsi, huşun itirilməsi ilə də müşayiət edilə bilər. Ancaq bəzi hallarda insan heç bir əlamət hiss etmədən də miokard infarktı keçirə bilər. Bu, miokard infarktınının ağrısız forması kimi adlandırılır və əksər hallarda uzun müddət ərzində şəkərli diabetlə xəstə olan adamlarda müşahidə edilir.

Əksər hallarda isə xəstə, stenokardiya zamanı olan ağrıya bənzəyən, kəskin ağrı tutması hiss edir. Ancaq miokard infarktı zamanı olan ağrının bir sıra fərqli xüsusiyyətləri də vardır. Stenokardiya zamanı ağrı fiziki və ya emosional gərginlik zamanı baş verir və adətən nitroqliserin tabletkası (həbi) qəbul etdikdən sonra tez bir zamanda keçib gedir. Miokard infarktı zamanı olan ağrı, stenokardiyaya nisbətən daha güclü olur, əksər hallarda sakit vəziyyətdə olarkən başlayır və hətta bir-birinin ardınca 3 tabletka nitroqliserin qəbul etdikdən (hər 5 dəqiqədən bir 1 tabletka dilin altına qoymaqla) sonra da keçib getmir.

Beləliklə, əgər siz döş sümüyü arxasında güclü ağrı hiss edirsinizsə və ağrı nitroqliserin qəbul etdikdən sonra keçməyərək 15 dəqiqədən artıq davam edirsə, tez bir zamanda “təcili yardım” çağırın. Vaxt itirərək ağrıya dözmək məsləhət görülmür! Bu halda siz çox qiymətli olan vaxt itirə bilərsiniz! Miokard infarktı zamanı insanın ömrü, bir çox hallarda, ona ixtisaslaşmış tibbi xidmətlərin nə qədər tez göstərilməsindən asılı olur.

“Təcili yardım” çağırarkən xəstənin vəziyyətini mütləq dəqqliklə təsvir etməyə çalışın. Bəs, həkim gələnə qədər xəstəyə hansı yardımları etmək olar:

Baş hissəsini bir qədər yüksəkdə olmaqla xəstəni yatağa uzadııb, onun üçün tam sakitlik yaradın, hərəkət etməyə və hətta danışmağa belə qoymayın. Otağın nəfəsliyini və ya pəncərəsini açaraq təmiz hava axını gəlməsinə kömək edin. Özünüzü sakit aparın. Xəstə ətrafdakıların onun vəziyyətindən qorxaraq təlaş keçirdiklərini hiss etməməlidir. Xəstəyə dilinin altına qoymaqla nitroqliserin tabletkası (həbi) verin və onu

tamamilə sormağı tapşırın. Digər həbi 5 dəqiqədən sonra verin. Bunu 3 dəfədən artıq təkrar etmək olmaz. Əgər nitroqliserin yoxdursa, xəstəyə validol həbi verin. Mütləq xəstənin arterial təzyiqini ölçün. Çünki miokardın infarktı zamanı arterial təzyiq kəskin şəkildə azala bilər. Əgər belə hal baş vermiş olarsa, xəstəyə nitroqliserin və validol vermək olmaz.

Xəstəni sakitləşdirmək üçün 30-40 damcı valokardin və ya karvalolu 1 parça qəndin üzərinə damızdırıb sormaq üçün xəstəyə verin. Əgər əks-göstəriş yoxdursa, xəstəyə 1 həb aspirin verin (tromb yaranması prosesini zəiflətrmək üçün). Dərmanı çeynəyərək su ilə içmək lazımdır. Xəstəyə 1 tablet panangin və ya 2 tablet kalium oratat da vermək olar. Əgər ağrı çox kəskin şəkildə olarsa, əks-göstəriş olmadığı halda xəstəyə analgin və ya baralgin həbləri vermək olar. Ürək nahiyyəsinə xardal kağızı qoyun.

Əgər “təcili yardım” həkimi xəstəni müayinə etdikdən sonra miokardın infarktı olduğuna şübhələnərsə, xəstəni tez bir zamanda və yalnız xərəkdə (!!) ixtisaslaşmış tibb müəssisəsinə aparmalıdır!

Miokard infarktı zamanı əksər hallarda elektrokardioqrafik (EKQ) müayinədə özünə məxsus dəyişikliklər baş verir. Bu zaman zədələnmənin sahəsini və dərəcəsini dəqiqləşdirmək üçün ürəyin USM (ultrasəs müayinəsi) olan exokardioqrafiya da təyin oluna bilər.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri