Icma.az
close
up
RU
Mioma və hamiləlik

Mioma və hamiləlik

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ən çox rast gəlinən uşaqlıq xəstəliklərinə miomalar, adenomioz, endometrit (uşaqlığın daxili qatının iltihabı), Aşerman sindromu, endometrial poliplər və uşaqlığın anadangəlmə anomaliyaları aiddir.

Uşaqlığın mioması

Miomalar uşaqlığın bağ və əzələ toxumasından inkişaf edən xoş xassəli şişlərdir. Uşaqlığın ən çox rast gəlinən xəstəliyidir. Qadınların 20-25%-də mioma müşahidə olunur.

Tək sayda ola bilmələri ilə yanaşı, əksər hallarda çoxlu sayda da rasubmukoz mioma, intramural mioma, st gəlinir. Bir mioma özəyinin portağal böyüklüyünə çatması üçün təxminən 3 ilə qədər müddət lazımdır. Adətən reproduktiv dövrün xəstəliyi olub, xərçəng deyil, malignizasiya olmur, menopauza dövründə ölçüləri kiçilir. Yalnız 10 % xəstədə mioma menopauza dövründə böyüməyə davam edir. Bu miomaların uşaqlığı 1-2 kq-a qədər böyütdüyü qeyd edilir. Səhiyyə təşkilinin aşağı olduğu ölkələrdə uşaqlığın 6-7 kq-a qədər böyümüş miomalarına rast gəlinir. Xarici ədəbiyyatlarda 45 kq- a qədər böyümüş miomalara rast gəlindiyi qeyd edilir.

Miomanın formalaşmasındakı ən əsas səbəb dəqiq bilinməsə də, yüksək estrogen doyumluluğu ilə bağlı olduğu düşünülür. Endometrial hiperplaziya, endometrioz və endometrium xərçəngi kimi estrogen asılı olan pataloji halların mioması olan qadınlar arasında daha çox rast gəlinməsi məlumdur. Miomaların menopauza dövründə estrogenin təsirinin aradan qalxması ilə əlaqədar kiçilməsi, hamiləlik zamanı böyüməyə meylliliyin olmaması və GnRh antaqonistlərinin miomaların ölçüsünü kiçiltməsi yenə də, estrogen təsirini göstərir.

Miomaları yerləşmə yerinə görə 3 fərqli tipə bölünür: Submukoz (uşaqlığın daxili qatına yaxın), intramural (uşaqlığın əzələ qatına bitişmiş), subseroz (uşaqlığın xaricinə doğru böyüyən).

Lakin hər zaman miomaları inkişaf etdiyi yeri dəqiq ayırmaq mümkün olmur. Bunlar böyümələri, verdiyi simptomları, gedişatları, meydana gətirdiyi klinik tabloları, ağırlaşmaları və müalicəsi baxımından fərqliliklər göstərə bilər.

Submukoz miomalar uşaqlığın daxili qatının altından inkişaf edir, uşaqlıq boşluğunu doldurub uşaqlıq boynundan da çıxa bilərlər.

İntramural miomalar uşaqlıq divarı içində formalaşır. Müxtəlif böyüklüklərdə ola bilir, uşaqlığın səthində böyüklü-kiçikli təpəciklər yaratmaqla “kartof kisəsi” görüntüsü verir.

Subseroz miomalar uşaqlıqdan xaricə doğru böyüməklə adətən simptomsuz olurlar.

Miomaların əksəriyyəti hər hansı bir əlamət vermir, amma qadınlar adətən vaginal qanaxma, ağrı, böyümüş miomalarda xarici orqanlara təzyiq əlamətləri, sonsuzluq və xüsusən subseroz miomalarda qarnın böyüməsi kimi şikayətlərlə müraciət edirlər. Qanaxmanın ən sıx görünən xarakteri uzanmış və bol miqdarlı menstruasiyalardır. Bununla əlaqədar olaraq qadınlarda anemiya da önəmli əlamət sayılır.

Miomaların diaqnozu ginekoloji müayinə, USM, submukoz hallarda histerosalpinqoqrafiya və histeroskopiya ilə qoyulur.

Miomalarda ən çox rast gəlinən ağırlaşma degenerasiyadır. Degenerasiya böyüyən miomanın qidalanmasının pozulması nəticəsində inkişaf edir. Ağrı və temperaturla birlikdə rast gəlinə bilər. Mövcud olan mioma degenerasiya olduqda, xüsusən hamiləliyin ikinci yarısında, kəskin olaraq böyük və ağrılı hala gəlir, qusma, halsızlıq və temperatur olur. Bu zaman müdaxiləyə ehtiyac yoxdur, proses öz-özünü məhdudlaşdırır, ağrıkəsici və istirahət yetərlidir.

Miomalar və sonsuzluq

Submukoz  və interstisial (boruların başladığı yer) düyünlər daha çox hallarda sonsuzluğa səbəb olur. İnfertil qadınların 2-3% sonsuzluğun əsas səbəbi miomalardır. Miomalar uşaqlıq boşluğunun normal anatomik bütövlüyünü pozaraq implantasiyanı əngəlləyə və bəzən isə uşaqlıq borularının uşaqlıq dəliklərini təzyiq göstərməklə bağlaya bilərlər.

Mioma və hamiləlik

Hamiləlik zamanı miomaların ölçüləri böyüyür. Ancaq bu, həqiqi böyümə deyildir. Hamiləlik zamanı miomanın böyüməsinə səbəb mioma toxumasında meydana çıxan ödem, qan təchizatındakı artım və miomanın degenerasiya olunaraq daxilinə qanamasıdır. Hamiləlikdə degenerasiya adətən ikinci və üçüncü trimestrlərdə olur. Bu zaman şiddətli ağrılar və uşaqlığın həssaslığı kimi əlamətlər müşahidə olunur. Yataq rejimi və ağrıkəsicilərin istifadəsi ilə müalicə aparılır. Cərrahi müalicə məsləhət görülmür, çünki hamiləlik zamanı bu əməliyyat qanaxma ilə ağırlaşa bilər. Əməliyyat doğuşdan 3 ay sonraya qədər təxirə salınır. Bu zaman uşaqlığın qan təchizatı azalır, miomanın ölçüləri kiçilir, beləliklə, yarana biləcək ağırlaşmaların riski azalır. Mioması olan qadınlarda erkən və gec düşüklər, vaxtından qabaq doğuş, dölün antenatal ölümü, dölyanı mayenin vaxtından qabaq axması, dölün qeyri-düzgün vəziyyətləri, plasentar anomaliyalar baş verə bilər. İmplantasiya sahəsi miomanın yerində yerləşirsə, ağırlaşma riski 75%-ə qədər artır. Plasenta mioma yerində yerləşərsə, doğuş zamanı plasentanın ayrılma anomaliyaları riski artır və bu zaman plasentanın əllə ayrılması və ya uşaqlığın çıxarılması labüd ola bilər. Plasentanın bitişmə anomaliyaları və miomanın uşaqlığın yığılmasını pozması ilə əlaqədar zahılıq dövrünün qanaxmaları riski də artmış olur.

Mioması olan hamilələrdə dölə aid problemlər yoxdursa, fizioloji doğuşa üstünlük verilə bilər. Miomektomiya əməliyyatı (miomanın çıxarılması) keçirmiş qadınlarda hamiləlik  qeysəriyyə kəsiyi əməliyyatı ilə başa çatdırılmalıdır.

Reproduktiv dövrdə olan qadınlarda ölçüləri kiçik və simptomsuz miomalar USM ilə 3-6 ayda bir dəfə olmaqla dinamik müşahidə altında saxlanılır. Məqsəd miomaların böyüməməsi hallarında uşaqlığı zədələyə biləcək müdaxilədən imtina etməkdir. Menopauza dövründə miomaların ölçülərinin kiçilməyə meylli olması baxımından (qadının şikayəti yoxdursa) və daha böyük olan miomalar da dinamik nəzarətdə saxlanıla bilər. Menopauza dövründə miomalar adətən kiçilə bilər, lakin ciddi ağrı və qanaxmaya səbəb olma ehtimalı da yüksəkdir. Müşahidə zamanı böyüməyən, ölçüləri 12 həftəlik hamiləliyi keçməyən və hər hansı simptom verməyən miomalarda cərrahi müalicə tətbiq edilmir.

Miomaların müalicəsi cərrahidir, buna baxmayaraq, böyük ölçülü miomaların kiçildilərək cərrahi ağırlaşmaların riskini minimuma endirən bəzi üsullar da vardır. Bunlar qalıcı və həqiqi müalicə üsulu kimi qəbul edilmir.

Turab Canbaxışov,

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ikinci mama-ginekologiya şöbəsinin müdiri

Aile.lent.az

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Oktyabr 2026 04:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see383

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see357

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see340

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see286

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see283

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see253

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see249

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see233

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see210

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see208

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see202

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see200

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see191

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see187

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see187

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see177

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see177

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see176

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see172

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri