Icma.az
close
up
RU
MİQ də REKORD 18 ilin müəllimi 98.75 bal TOPLADI

MİQ də REKORD 18 ilin müəllimi 98.75 bal TOPLADI

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Yüksək nəticə əldə etməyin sirri öz üzərində daim çalışmaqdır".

Modern.az xəbər verir ki, bu sözləri MİQ imtahanında 98,75 bal toplayan tarix müəllimliyi üzrə namizəd Çəmən Əliyeva AzEdu.az-a açıqlamasında bildirib.

"Bu gün tarix müəllimliyi üzrə MİQ imtahanında 98,75 bal topladım. Düzü, özümdən yüksək nəticə gözləyirdim və bu məqsədi qarşıma qoymuşdum. İmtahan zamanı bir qədər həyəcanlı olsam da, sualları çox diqqətlə işlədim və hətta cavablarımı yenidən yoxlamaq üçün vaxtım da qaldı. Nəticəni gördükdə isə çox sevindim.
18 illik pedaqoji fəaliyyətim var.

Bu müddət ərzində Yevlax rayon Xanabad kənd tam orta məktəbində və Mingəçevir şəhər 20 nömrəli tam orta məktəbdə müəllim kimi çalışmışam. Son bir ildə isə yaşayış yerimi dəyişdiyim üçün öz ərizəmlə işimdən ayrılmışdım. Gələcəkdə pedaqoji fəaliyyətimi Bakı şəhərində davam etdirmək istəyirəm.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix müəllimliyi ixtisası üzrə bakalavr təhsili almışam. Magistratura təhsilim yoxdur. Pedaqoji fəaliyyətim dövründə olimpiada qalibləri hazırlamışam. Şagirdlərim qızıl və gümüş medallara layiq görülüblər. Bu nailiyyətlərə görə elm və təhsil naziri Emin Əmrullayev tərəfindən də təltif olunmuşam.

Mənə görə, yüksək nəticə əldə etməyin əsas sirri öz üzərində daim çalışmaqdır. Müəllim hər zaman özünü inkişaf etdirməlidir. MİQ imtahanına hazırlaşarkən xüsusi hazırlıq kurslarına qatılmamışam. Kurikulum və metodika mövzularını qrup yoldaşımla birlikdə müxtəlif vəsaitlər üzərində müzakirə edərək öyrənmişik, test tapşırıqlarını birlikdə həll etmişik və səhvlərimizi təhlil etmişik. Hesab edirəm ki, davamlı mütaliə, sistemli hazırlıq və zəhmət yüksək nəticənin əsas açarıdır.

İmtahanda uğur qazanmaq istəyən müəllimlərə də tövsiyəm odur ki, öz üzərlərində davamlı çalışsınlar və heç vaxt inkişaf etməkdən dayanmasınlar. Çünki çəkilən zəhmətin qarşılığı mütləq öz bəhrəsini verir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 İyul 2026 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see321

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see321

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see319

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see259

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see253

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see252

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see249

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see245

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see245

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see232

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see212

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see207

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see207

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see204

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see202

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri