Icma.az
close
up
RU
MİQ də toplanan bal maaşa təsir edir? AÇIQLAMA

MİQ də toplanan bal maaşa təsir edir? AÇIQLAMA

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsinin qaydaları və təşkili ilə bağlı gələcəkdə yeni dəyişikliklərin edilməsi gözlənilir. Lakin bu dəyişikliklər qəbul olunmazdan əvvəl müəllimlərin mövqeyi öyrənilməlidir.

Bunu AzEdu Təhsil Platformasının icraçı direktoru, təhsil məsələləri üztə tədqiqatçı Elmin Nuri Modern.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, son illərdə MİQ qaydalarına bir sıra yeniliklər tətbiq olunsa da, onların hamısı birmənalı qarşılanmayıb:

"MİQ-də iştirakın ödənişli əsaslarla təşkili kimi yeniliklər müəllimlər arasında müxtəlif reaksiyalar doğurdu. Düşünürəm ki, qarşıdakı illərdə müsabiqə qaydalarında daha fərqli dəyişikliklərin şahidi olacağıq. Hazırkı tətbiqlərin bəziləri eksperimental xarakter daşıyır. Amma belə qərarlar qəbul olunarkən prosesin əsas iştirakçıları olan müəllimlərin və müəllim namizədlərinin rəyi mütləq öyrənilməlidir. Bunun üçün kəmiyyət sorğuları və fokus qrupları təşkil olunmalıdır".

Ekspert hesab edir ki, MİQ imtahanında toplanan balın gələcəkdə müəllimlərin əməkhaqqına təsir etməsi ilə bağlı səsləndirilən təkliflər də ictimai müzakirədən keçməlidir:

"Bu ideya müəllimlər arasında birmənalı qarşılanmayacaq. Bir qrup bunu müsbət qiymətləndirəcək, digər qrup isə etiraz edəcək. Sertifikatlaşdırmada tətbiq olunan diferensial yanaşmanın burada eyni şəkildə işləyəcəyini düşünmürəm. Ona görə də belə qərarlar qəbul edilməzdən əvvəl müəllimlərin fikri öyrənilməli, real mənzərə ortaya qoyulmalıdır".

Elmin Nuri MİQ-də aşağı bal toplayan müəllimlərin daha çox kənd məktəblərinə göndərilməsi məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, bu yanaşmanın əsas səbəbi regionlarda müəllim çatışmazlığıdır:

"Burada məsələ şəhər və kənd məktəbləri arasında fərq yaratmaq deyil. Reallıq ondan ibarətdir ki, ucqar kənd məktəblərində vakant yerlərə müəllim tapmaq çətin olur. Hətta bəzi məktəblərdə kadr çatışmazlığı səbəbindən pensiya yaşını keçmiş müəllimlər fəaliyyətlərini davam etdirirlər. Belə şəraitdə aşağı bal toplamış müəllimlərin həmin məktəblərə göndərilməsi həm vakant yerlərin doldurulmasına, həm də onların işlə təmin olunmasına xidmət edir".

Ekspert hesab edir ki, bu kateqoriyadan olan müəllimlərin peşəkar inkişafı üçün əlavə dəstək mexanizmləri yaradılmalıdır:

"Bu müəllimlər üçün il ərzində mütəmadi hazırlıq proqramları və xüsusi təlimlər təşkil edilməli, onların bilik və bacarıqları yenidən qiymətləndirilməlidir. Məqsəd digər həmkarlarından geri qaldıqları istiqamətləri aradan qaldırmaq olmalıdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 İyul 2026 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see485

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see315

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see251

İlyas Yalçıntaş həbs edildi

17 İyul 2026 06:41see231

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see215

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see214

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see212

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see179

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see176

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see173

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see170

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see169

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see168

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see164

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see163

DÇ 2026: Finalın hakimləri açıqlandı

17 İyul 2026 08:20see162

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see159

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see154

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see153

Ana və qızı eyni anda məzun oldular: Mən onun qədər çox oxumamışam VİDEO

17 İyul 2026 06:10see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri