Icma.az
close
up
RU
MİQ imtahanlarına sərf olunan vəsait açıqlandı

MİQ imtahanlarına sərf olunan vəsait açıqlandı

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Ümumi təhsil haqında” qanunda əsas prinsiplər təsbit edilib. Burda müəllimlərin tələbatının müəyyən edilməsi, müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarının müəyyən edilməsi, onların kadr təminatı siyasətinin həyata keçirilməsi - hər biri ayrı-ayrılıqda müddəalarla təsbit edilib”. 

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Sosisal qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O bildirib ki, 2011-2012-ci tədris ilindən etibarən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilir:

"Bu qaydanın tətbiq edilməsi nəticəsində 2015-2024-cü illərdə 45 000 nəfərə yaxın namizəd müddətsiz əmək müqaviləsi əsasında işlə təmin olunub. Hər il müəllimlərin işə qəbulu müsabiqəsinin təşkili və keçirilməsi üçün dövlət büdcəsindən kifayət qədər maliyyə vəsaiti sərf olunur. Belə ki, müsabiqənin keçirilməsi üçün təchizat xərcləri 2021-ci ildə 1 milyon 106 min 33 manat, 2022-ci ildə 1 milyon 314 min 197 manat, 2023-cü ildə 1 milyon 290 min 567 manat, 2024-cü ildə isə 232 min 665 manat təşkil edib.

2021-ci ildə ərizəsi təsdiq edilmiş və müsabiqədə iştirakı nəzərdə tutulmuş 59 min 171 nəfərdən 46 min 930 nəfər, 2022-ci ildə 54 min 804 nəfərdən 44 min 363 nəfər, 2023-cü ildə 58 000 nəfərdən 47 min 571 nəfər, 2024-cü ildə isə 61 min 669 nəfərdən 50 min 264 nəfər test imtahanı mərhələsində iştirak edib. Yalnız ötən il 18,5 faiz namizəd imtahana gəlməyib. Bu isə imtahan xərclərinin ödənilməsi üçün izafi xərclərə səbəb olub. Bu xüsusda da, müəllimlərin işə qəbulunda iştirakçıların məsuliyyətinin artırılması, dövlət büdcəsi vəsaitlərinə qənaət edilməsi və maliyyə yükünün müəyyən bir hissəsinin iştirakçılar tərəfindən qarşılanması məqsədilə müsabiqədə iştirakın ödənişli olması təklif edilir.  Ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərə münasibətdə nəzərdə tutulmur, - şöbə müdiri bildirib.

Anar Kəlbiyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://unikal.az
archiveBu xəbər 11 Sentyabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri