Icma.az
close
up
RU
“MİQ imtahanlarında ciddi hərc mərclik var” “Bu səlahiyyət nazirlikdən alınmalıdır”

“MİQ imtahanlarında ciddi hərc mərclik var” “Bu səlahiyyət nazirlikdən alınmalıdır”

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Məktəblərimizi müəllimlə təmin edə bilirikmi? Müraciət edənlərin çoxu şəhər məktəblərini seçir. Çünki repetitorluqla məşğul olmaq istəyirlər”.

Bu sözləri "Yeni Sabah"a təhsil ekspert Elşən Qafarov deyib.

Onun sözlərinə görə Müəllimlərin İşə qəbulu üzrə İmtahanları (MİQ) birinci növbədə şəffaf keçirilməlidir: Dördpendirli pizza

“MİQ müsabiqəsi 2011-ci ildən mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Bu müsabiqə həmişə diqqət mərkəzində olub. 2017-ci ildən bu yana edilmiş dəyişikliklərdən biri bu idi ki, hazırda işləyən müəllimlər də yenidən MİQ-də iştirak etsin. Orta hesabla ildə 60 min, hətta 70 min müraciət. Amma Elm və Təhsil Nazirliyi bu məlumatı vermir ki, MİQ-ə sənəd verən müəllimlərdən neçə nəfəri hazırda işləyən müəllimlərdir, neçə nəfəri yeni gələn.

Müsabiqəyə sənəd verənlərin sayının çox göstərilməsi daha maraqlıdır. Hazırda imtahan verən 60-70 min nəfərin böyük bir hissəsi işləyən müəllimlərdir. Bu məsələnin bir tərəfi. Digər tərəfdən, son vaxtlar elə bil il yoxdur ki, MİQ-də bir problem yaranmasın, yaxud dəyişiklik olmasın.

Müəllimlərin İşə Qəbulu qaydalarına son düzəliş 2023-cü ildə olub. MİQ imtahanları ilk növbədə şəffaf keçirilməlidir. Bu müsabiqədə ən böyük problem ondan ibarətdir ki, peqadoji sahədə kadr hazırlayan ali təhsil müəssisələrində keçilən proqramlarla MİQ-dəki proqram eyni deyil.

Digər mühüm məsələ: məktəblərimizi müəllimlə təmin edə bilirikmi? Müraciət edənlərin sayı çoxdur. Müraciət edənlərin çoxu şəhər məktəblərini seçir. Çünki repetitorluqla məşğul olmaq istəyirlər. Reallıq ondan ibarətdir ki, məktəblərimizdə hələ də müəllim təmanatı problemi qalmaqdadır. Xüsusən, rayonlarda dərs saatı az olan fənlər üzrə müəlim çatışmır. Nazirlik həmin dərsləri ümumiyyətlə vakansiyadan çıxarıb və nəticə etibarı ilə, təhsil alanların hüquqları pozulub. 

Ekspert vurğulayıb ki, Elm və Təhsil Nazirliyinin struktur bölmələrində ciddi hərc-mərclik var:

"Son illərdə nazirliyin işinin sadəcə imtahan keçirməkdən ibarət olduğunu görürük. İl ərzində 300-ə yaxın imtahan keçirilir. Biz, ekspertlər təklif edirik ki, bütün imtahanlar Elm və Təhsil Nazirliyindən, Təhsil İnstitutundan, Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) alınsın və Dövlət İmtahan Mərkəzinə verilsin.

Təsəvvür edin problem nə qədər böyükdür ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdirinin özünün SİM adlı sosial platforması var. Bir neçə ay öncə bu platformada təxminən 300-ə yaxın insana müəyyən təlim keçiblər. İndi həmin müdir elan edib ki, kim mənim şəxsi sosial platformamda iştirak edibsə, regionun direktor müavinləri imtahanına onlar qoşula bilər. Bilirsiniz bu nə deməkdir?! Ölkə təhsilində, imtahan prosesində o qədər hərc-mərclik var, insanlar artıq buna təəccüblənmir! 

Bu gün hamı imtahan keçirmək istəyir və kim də necə istəyir elə də keçirir. Bu belə olmalı deyil. Bu işdə şəxsi maraqlar var. Elə bir imtahan yoxdur ki, orada ciddi nöqsanlar baş verməsin. Yeganə çıxış yolu imtahan keçirmək səlahiyyətini Elm və Təhsil Nazirliyi və onun struktur bölmələrindən almaqdır. Bunu etməyənə kimi istər MİQ, istər sertifikasiya, istərsə də digər sahələrdə gülünc, izahsız qaydalar, məntiqsiz hallar görəcəyik”.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 Avqust 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see267

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see228

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see203

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see186

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see180

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see173

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see163

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see154

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see146

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see144

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see143

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see138

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see138

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see137

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see135

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see133

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see132

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see132

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri