Miqrantların deportasiyası üçün mərkəzlər yaradılacaq
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Niderland bir neçə Avropa İttifaqı ölkəsinin dəstəyi ilə Avropadan kənarda miqrantların deportasiyası üçün ilk mərkəzləri yaratmağı planlaşdırır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Niderland hökumətinin parlamentə göndərdiyi məktuba istinadən “Politico” yayıb.
Bildirilib ki, Niderland artıq yaxın altı ay ərzində bu planını həyata keçirmək niyyətindədir.
Bu mərkəzlərdə Avropa İttifaqı ölkələrində sığınacaq almaqdan imtina edilən, lakin hansısa səbəblərə görə mənşə ölkəsinə geri qayıda bilməyən və ya tranzit ölkəsində qala bilməyən şəxslər saxlanılması nəzərdə tutulur.
Məlumata görə, bu təşəbbüs həmçinin qaçqın statusu almaq üçün müraciətlərin Aİ hüdudlarından kənarda nəzərdən keçirilməsini də nəzərdə tutur.
Aİ-dən kənarda yaradılacaq ilk belə mərkəzlərdən yalnız Niderland deyil, həmçinin Yunanıstan, Almaniya, Avstriya və Danimarkanın da istifadə edəcəyi gözlənilir. Bu mərkəzlərin dəqiq olaraq harada açılacağı isə hələ qeyd olunmayıb və hazırda bir neçə ölkə ilə müvafiq danışıqlar aparılır.
Qeyd edək ki, hazırda sığınacaq ala bilməmiş miqrantların üçüncü ölkələrə göndərilməsi təcrübəsindən ABŞ istifadə edir. ABŞ-nin Kosta-Rika, Ruanda, Uqanda və bir sıra digər dövlətlərlə müvafiq sazişləri var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 27 May 2026 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















