Miqrantların işləməyən və oxumayan ailə üzvləri Rusiyadan çıxarılacaq
Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.
Rusiyada miqrantların işləməyən və təhsili olmayan ailə üzvlərinin ölkədə qalma müddəti məhdudlaşdırılacaq.
AzPost bildirir ki, bu barədə prezident Putin imzaladığı Rusiyanın 2026-2030-cu illər üçün miqrasiya siyasəti konsepsiyasında göstərilir.
Putin sənədi bu gün təsdiqləyib. Müvafiq sənəd hüquqi informasiya portalında dərc olunub.
“Rusiya Federasiyasının 2026–2030-cu illər üçün dövlət miqrasiya siyasətinin əlavə edilmiş konsepsiyası təsdiq edilsin”, – prezidentin sərəncamının mətnində deyilir.
Sənəddə bildirilir ki, Rusiya hökuməti 2025-ci il dekabrın 31-dək miqrasiya siyasəti konsepsiyasının həyata keçirilməsinə yönəlmiş fəaliyyət planı hazırlayıb təsdiq etməlidir.
Fərmana əsasən, miqrantların işləməyən və təhsili olmayan ailə üzvlərinin ölkədə qalma müddəti məhdudlaşdırılacaq, əcnəbi vətəndaşların təhsil müəssisələrinə getməyən uşaqlarının sayı azaldılacaq.
Miqrasiya sahəsində də biometrika daha geniş tətbiq olunacaq.
Bundan əlavə, Rusiya hakimiyyəti etnik anklavların yaranmasının və miqrantların marginallaşmasının qarşısını almaq üçün tədbirlər görəcək. İşəgötürənlər əməkçi miqrantlara hüquqi dəstəyin təmin edilməsinə cavabdeh olacaqlar.
Paylaş

