Icma.az
close
up
RU
Miqreni müalicə etmək olarmı?

Miqreni müalicə etmək olarmı?

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Miqrendən əziyyət çəkənlərin əksəriyyəti, həkimə müraciət etməyərək, saatlarla ağrıya dözməyə üstünlük verirlər.

Bu böyük səhv hesab edilir! Çünki, nəbz vurğusu kimi pulsasiya edən baş ağrıları nəinki miqrenin, məsələn beyin şişinin də əlaməti ola bilər!

Bundan savayı müalicə olunmayan miqren çox ağır fəsadlara gətirib çıxara bilər! Onlardan biri – miqrenoz statusdur. Bu, bir-birinin ardınca davam edən bir sıra ağır miqren tutmaları və ya qeyri-adi dərəcədə güclü olan bir, lakin uzun sürən (72 saatdan artıq) miqren tutması şəklində baş verir. Baş ağrısı - başın bir yarısından “şişib daşaraq” bütün başa yayılır. Miqrenoz status zamanı çoxsaylı qusma baş verdiyi üçün, hətda bu, bədənin susuzlaşmasına və qıcolmaların yaranmasına da səbəb ola bilər. Bu vəziyyətdə olan xəstəyə müvafiq tibbi xidmət göstərmək üçün, onu təcili şəkildə xəstəxanaya çatdırmaq lazımdır.

Miqrenin nadir şəkildə təsadüf edilən mümkün fəsadlarından bir də, miqrenoz insultdur - baş beyinin qan dövranının kəskin şəkildə pozulmasıdır.  Miqrenoz insultun əlamətləri - qol və ayaqda zəiflik (bəzən isə iflicə qədər), yerişin və bədənin tarazlığının, nitqin (sözlərin deyilməsinin çətinləşməsi), görmənin (çəpgözlülük, görmədə ikiləşmə, görmənin zəifləməsi) pozulması, kəskin baş gicəllənməsi və s. bu kimi əlamətlər ola bilər. Bu halda tez bir zamanda “təcili yardım” çağırmaq lazımdır! Həkim xəstəyə müvafiq tibbi yardım göstərdikdən sonra, diaqnozu təstiqləmək və müalicə etmək üçün, tezliklə onu xəstəxanaya çatdırmalıdır!

Müasir müalicə üsullarının düzgün şəkildə tətbiq edilməsi miqren tutmalarının sayının azalmasına, müddətinin qısalmasına, ağrıların yüngülləşməsinə səbəb olur. Buna görə də miqrendən əziyyət çəkən xəstələr mütləq həkimə müraciət etməlidirlər və bu müraciət nə qədər tez olarsa, onlar üçün daha yaxşı olar. Hal hazırda, bu xəstəlik zamanı yaxşı təsirə malik olan müasir dərman preparatları hazırlanmışdır.

Miqren zamanı, xəstənin vəziyyətini yüngülləşdirmək üçün, tətbiq edilən dərman preparatlarından savayı aşağıdakı üsullardan da istifadə etmək olar:

- Miqrenin aurasını və ya onun başlanğıcını hiss edən kimi, gördüyünüz hər bir işi dayandıraraq özünüzə tam rahatlıq verin. Ən yaxşısı uzanaraq yatmağa çalışmaq lazımdır. Hətta siz sadəcə olaraq, tam sakit şəkildə kresloda otursanız, bu miqren tutmasını xeyli yüngülləşdirəcək.

- Əgər siz evdəsinizsə, sizi qıcıqlandırmamaq üçün otaqdakı pərdələri bağlayın və ya işığı söndürün.

- Otaqda sakitliyi təmin etmək də yaxşı olardı, çünki kəskin və yüksək səslər miqren tutmasının gedişini ağırlaşdıran faktorlarlardandır.

- Miqren tutması zamanı heç bir halda alkoqollu içki qəbul etməyin və siqaret də çəkməyin – onlar sizə ancaq ziyan vura bilər.

- Xalq təbabəti üsullarından miqren tutması zamanı bir neçə fincan tünd isti çay və ya kofe, ayaqlarını isti suya qoymaq, alın nahiyyəsinə soyuq kompress, limon dilimləri, kələm yarpağı, baldırlara xardal kağızı qoymaq, qicqahlara lavanda, evkalipt, rozmarin efir yağlarından bir neçə damcı yüngül sürtmək və s. kömək edə bilər.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 07:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri