Mirasdan imtina etməmək mirası qəbul etmək hesab olunacaq
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Mirasdan imtina etməmək mirasın qəbulu şərti hesab olunacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan Mülki Məcəlləyə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər.
Təklif edilən dəyişikliyə əsasən, vərəsə yuxarıda müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılacaq.
Mina Mikayılova

Mirasdan imtina etməmək mirası qəbul etmək hesab olunacaq
21 İyun 2025 11:20
Mirasdan imtina etməmək mirasın qəbulu sayılacaq
19 May 2025 11:27
Mirasdan imtina etməmək mirasın qəbulu şərti kimi müəyyən edilir
07 İyul 2025 14:36
Ferdi Tayfur böyrəyini ona verən oğluna mirasdan pay vermədi… BUNA GÖRƏ KONKRET
08 Fevral 2025 10:26

