Mircavadova 10 il qabaq güzəşt olunmadı, Santuşa isə etimad davam edir
Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Futbol üzrə Azərbaycan millisi baş məşqçi Fernandu Santuşun rəhbərliyi altında tarixinin ən pis ikinci göstəricisinə imza atıb. Sport24.az xəbər verir ki, yığma portuqaliyalı mütəxəssislə ilk 8 matçın heç birində qələbə qazana bilməyib.
Bu, komandanı 8 və daha çox görüşə çıxarmış çalışdırıcılar arasında ən pis ikinci göstərici hesab olunur.
İndiyədək Ağasəlim Mircavadovdan sonra heç bir baş məşqçi ilk 8 qarşılaşmasında qalibiyyətsiz (yoldaşlıq görüşləri də daxil) qalmayıb. 1994-1995-ci illərdə yığmanın baş məşqçisi olan Mircavadov ardıcıl matçda məğlubiyyətdən sonra istefaya göndərilib.
Qeyd edək ki, millimiz Santuşun rəhbərliyi altında 8 oyunun 7-də uduzub, 1-də heç-heçə edib. Qapısında 22 top görən komanda yalnız 3 dəfə rəqin qapılarına yol tapa bilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 26 Mart 2025 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















