Icma.az
close
up
RU
Mirzə Fətəli Axundov “Hacı Qara” əsərini erməni xanın sifarişi ilə yazıb? İDDİA

Mirzə Fətəli Axundov “Hacı Qara” əsərini erməni xanın sifarişi ilə yazıb? İDDİA

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kulis.az dosent Zaur Əliyevin yeni yazısını təqdim edir.

Təbriz şəhərindəki sarayının divarlarından Rüstəm Zalın, Çingiz Xanın, Şah İsmayıl Səfəvinin və Nadir şah Əfşarın şəkillərini asan Qacar şahı Nasirəddin şah Məhəmməd şah oğlu Qovanlı-Qacarın dövründə Mirzə Mülküm xan 1833-cü ildə İsfahanda bir erməni ailəsində dünyaya göz açmışdır.
Mülküm xan Fransada təhsil alan və bir neçə dili bilən şəxs idi. Onun atasının adı Akop idi. Lakin o adla İslam coğrafiyasında irəli gedə bilməyəcəyini anlayaraq Mirzə Yaqub adını götürür. Culfa şəhərində anadan olan Akop Jan Jak Russo ilə qohum olduğunu iddia edərək Qacar dövlətində tərcüməçi kimi vəzifə tutub. (Bax: Algar, Hamid. Mīrzā Malkum Khān: A Study in the History of Iranian Modernism 1973)
Oğlunun Parisdə təhsil almasına şərait yaradan Akop onun burda olan yəhudi massonlarla əlaqə qurmasında da vasitəçi olur. M.Ə. Rəsulzadə məqalərinin birində onun haqqında yazır: “Mirzə Mülküm xan farmazonların qərib "qanunxah"lardan mütəşəkkil bir cəmiyyəti-xəfiyyədir” (Bax: https://azcp.org/.../2023/07/Eserleri_II_cild_1909-1914.pdf)
Tehrana geri dönən Mülküm xan yəhudilərin rəhbəri olan İsaaq ilə yaxın dostluq qurur və onun vasitəsilə “Dünya yəhudiləri ittifaqı” (Alliance Israélite Universelle) ilə əlaqələr quraraq Qacar şahı ilə yəhudi lər arasında vasitəçi kimi çıxış edirdi ki, Yəhudi dövləti yaranmasına şah dəstək olsun. (Bax: http://book.iimes.su/wp-content/uploads/2009/r2009irn_p1.pdf
Masson və sosial darvinist olan Mirzə Mülküm xan eyni zamanda Mirzə Fətəli Axundovun ruhani müəllimi idi. (Axundov onu məktublarında ruhul-qüds adlandırır) (Bax: https://www.anl.az/.../pedaqoji.../2020/1/772537(meqale).pdf)
Mirzə Fətəli Axundov “Sərgüzəşti mərdi-xəsis və ya Hacı Qara” əsərini də ruhani müəllimi Mirzə Mülküm xanın sifarişi ilə yazıb. Səbəb isə Şekspirin Şərqdə sürətlə yayılan “The Merchant of Venice” ("Venesiya taciri") əsəri idi. 1600-cı ildə nəşr edilən Şekspir bu əsərində yəhudiləri mənfi obrazda təqdim edirdi və kitabın Qacar dövlətində və regionda yayılması yəhudilər haqqında müsbət imic qazandırmırdı. (Bax: Raeen, Esmaeel. Faramosh Khaneh and Freemasonry in Iran. 1978)
Bunun üçün mütləq şəkildə yəhudilərin deyil, əslində, müsəlmanların fırıldaqçı, xəsis və ticarətdə yalandan Allaha və Qurana and içən bir obraz yaratmaq lazım idi. Oxucularda qara bazar, fırıldaqçılıq və hətta sələmçiliyin adi hal olduğu qənaətinə gəlməsi üçün bu obraz yəhudiləri təmizə çıxarmalı idi. (Bax: Vahdat, Farzin. "The initial confrontation of Iranian intellectuals with modernity: (a dual approach)". Goftogo Journal 30: 125–165)
Bu gün bizə deyilir ki, "Hacı Qara" komediyası Azərbaycan ədəbiyyatı tarixində dərin iz buraxmış əsər kimi müasir dövrümüzdə də əhəmiyyətini saxlayır. Gənclərin mənəvi tərbiyəsində mühüm rol oynayır. Lakin bu əsərin alt şüuru isə müsəlman obrazını alçaltmaq idi.
Maraqlıdır ki, Axundov və onu araşdıranlar Azərbaycan imicini mənfi mənada tənqid etsələr də, Avropada və Şərqdə böyük bizneslər qurub sələmçilik edən, ticarətdə yüzlərlə fırıldağa əl atan yəhudi tacirlər barədə bir cümlə belə qeyd etməyiblər. Yəni, doğrudanmı, onların bundan xəbəri olmayıb, yoxsa konkret məqsədlə hərəkət ediblər?
Mirzə Fətəli Axundov, əslində, əsərində real Hacı Qaranı əks mövqedə yazıb. Hacı Qaranın geniş ticarət əlaqələri olub. O, Tiflis, İrəvan, Gəncə və bir çox şəhərlərlə ticarət edib. Alış-veriş yeri isə Ağcəbədi bazarı olub. Satışdan da əldə etdiyi qazancı əlində cəmləşdirirdi. Bu yolla böyük sərvət toplamışdı. Xeyriyyəçi kimi də tanınıb, ehtiyacı olanlara kömək edib. Real şəxsiyyət olan Hacı Qara Qasım bəy Zakirlə dost olub və onu da Axundovla məhz o tanış edib. Ağcabədiyə gedib yaşlı insanlarla söhbət edəndə onlar da təsdiq edər ki, Hacı Qara Axundovun yazdığının tam əksi bir adam olub.
Axundova isə qaçaqmalçı bir müsəlman obraz lazım idi ki, ona yəhudilərə xas olan ticari xüsusiyyətləri oxşadıb yazsın. Bu da Hacı Qara olur.
Hətta əsər yazılandan sonra Hacı Qara Axundovla görüşür və ona “Mən ailəmin də həmişə qayğısına qalanam. Mən xəsis deyiləm” deyir.
Axundovun bu əsəri əsərin zahirən Rusiyanın və yəhudilərin, eyni zamanda Mirzə Mülküm xanın mənafeyinə xidmət etməsi onun bu günümüzə gəlib çıxmasına şərait yaratmışdır.
Əsər komediya süjetli olduğu üçün oxucuların sevgisini qazanmış və “Venesiya taciri” kitabı maraqdan düşmüşdür. Beləcə, Mirzə Mülküm xan istədiyinə çatır, xəsis, yalançı, ticarətdə sələmçi yəhudi obrazını müsəlman Hacı Qara əvəz edir.
Əlbəttə, Axundov böyük bir maarifçi və yazardır. Lakin tarix real hadisələri və alt fikirləri də görür.

Sevgi, xəyanət və ölüm - Məşhur qadın obrazları O, Cavid Təvəkkülü kinoya yenidən qaytardı - Sevda Sultanova BP daha 5 müəllifin kitabını nəşr etdirib - FOTO
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://kulis.az
archiveBu xəbər 02 Aprel 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see164

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see145

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see144

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see134

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see134

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri