Icma.az
close
up
RU
Mirzəliyev Seyidov un xatirəsinə karate turniri

Mirzəliyev Seyidov un xatirəsinə karate turniri

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, mərhum Mirəli Seyidovun əziz xatirəsinə həsr olunmuş "Kyokuşin (Kay) Senşi Karate" üslubu üzrə karate turnirinin təntənəli açılış mərasimi keçirilib.

Turnirin açılış mərasimində ölkənin idman ictimaiyyətinin tanınmış nümayəndələri, rəsmi şəxslər, veteran idmançılar, məşqçilər, hakimlər, müxtəlif idman klublarının təmsilçiləri, eləcə də idmançıların ailə üzvləri iştirak ediblər.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılış mərasimində çıxış edən Milli Məcilisin Deputatı,  Azərbagcan Karate  Federasiyasının prezidenti Ülvi Quliyev mərhum Mirəli Seyidovun Azərbaycan idmanının inkişafında xüsusi xidmətlərindən danışıb. O bildirib ki, Mirəli Seyidov uzun illər ərzində karate idman növünün inkişafı, gənclərin vətənpərvərlik ruhunda formalaşdırılması və sağlam həyat tərzinin təbliği istiqamətində mühüm fəaliyyət göstərib.

Ülvi Quliyev qeyd edib ki, Mirəli Seyidov yalnız peşəkar məşqçi deyil, həm də yüksək insani keyfiyyətlərə malik nüfuzlu bir şəxsiyyət olub. Onun yetirmələrinin müxtəlif yerli və beynəlxalq turnirlərdə qazandıqları uğurlar Azərbaycan idman tarixində özünəməxsus yer tutur. Deputat vurğulayıb ki, belə yarışların təşkili həm gənclərin idmana marağının artırılması, həm də tanınmış idman xadimlərinin xatirəsinin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.

Turnirdə ümumilikdə 400-ə yaxın idmançı müxtəlif yaş və çəki dərəcələri üzrə mübarizə aparır. Yarışlarda respublikanın müxtəlif bölgələrini təmsil edən klubların karateçiləri iştirak edirlər.

Mərasim çərçivəsində mərhum Mirəli Seyidovun ailə üzvlərinə Azərbaycan Karate Federasiyası tərəfindən plaketlər, fəxri sertifikatlar və xatirə hədiyyələri təqdim olunub. Eyni zamanda, bir sıra məşqçi və idmançılar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar.

Sonda çıxış edən qonaqlar Mirəli Seyidovun xatirəsinin daim ehtiramla yad ediləcəyini vurğulayıb, turnirin təşkilatçılarına təşəkkürlərini bildiriblər.

Qabil YUSİFOĞLU
 XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 May 2026 22:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see337

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see299

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see293

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see290

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see282

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see275

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see272

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see261

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see251

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see240

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see239

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see234

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see230

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see219

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see214

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see205

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see204

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see192

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri