Mirzoyan AŞPA rəhbəri ilə İrəvan və Bakı arasında sülh prosesini müzakirə edib
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Petra Bayr ilə görüşüb.
Moderator.az Emənistan KİV-nə istinadən xəbər verir ki, tərəflər xüsusilə Ermənistan və Azərbaycan arasında sülhün nizamlanması prosesindəki irəliləyişi müzakirə ediblər.
Regional gündəmin müzakirəsi zamanı Mirzoyan 8 avqust 2025-ci il tarixli Vaşinqton razılaşmaları çərçivəsində Bakı ilə İrəvan arasında əldə olunmuş sülhün möhkəmləndirilməsi və institusionallaşdırılması istiqamətində həyata keçirilmiş və hazırda davam edən addımlar barədə məlumat verib. Tərəflər həmçinin humanitar məsələlərə də toxunublar.
Mirzoyan Avropa Şurası ilə əməkdaşlığın vacibliyini də qeyd edib və Ermənistanda islahatların həyata keçirilməsinin davam edəcəyini bildirib. Həmsöhbətlər parlamentlər arasında qarşılıqlı əlaqələrin əhəmiyyətini də vurğulayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 27 Yanvar 2026 21:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















