Mirzoyan: ATƏT in Minsk qrupu sülh sazişindən sonra buraxıla bilər
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"ATƏT-in Minsk qrupu İrəvan və Bakı arasında sülh sazişi imzalandıqdan sonra buraxıla bilər".
Oxu.Az-ın məlumatına görə, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Antalya diplomatik forumu çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla panel müzakirəsi zamanı bildirib.
"Biz Minsk strukturunun buraxılması prosesini başlamağa və bitirməyə hazır olduğumuzu bir neçə dəfə ifadə etmişik. Bu struktur münaqişə olmadıqda buraxıla bilər. Hazırda bizim münaqişəmiz var? Ərazidə yoxdur, münaqişə yoxdur, lakin kağız üzərində saziş də yoxdur. Bizim üçün həll yolu aydındır. Biz saziş imzalamalı, bu münaqişəni həmin gün institusional olaraq bitirməli və Minsk strukturunu buraxmalıyıq. Mən hətta hansı sənədin digərindən əvvəl imzalanmalı olduğunu demirəm", - deyə Mirzoyan qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 12 Aprel 2025 19:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















