Mirzoyan Ermənistana keçən çobandan danışdı
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bəzən belə hallar baş verir. Azərbaycanlı çobanın yolu azması mümkündür. Bununla belə, eyni hadisə bizim tərəfdə də baş verə bilər. Hər iki tərəf bu cür hallara konstruktiv yanaşır.
Axar.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan azərbaycanlı çobanın Ermənistan sərhədini keçməsi barədə məlumatı şərh edərkən deyib.
“Şəki hadisəsinə bənzər hallar da baş verə bilər. Bu məsələdə də tərəflərin kifayət qədər konstruktiv mövqe sərgilədiyini qeyd etmək lazımdır. Real həyatda belə halların baş verməsini istisna etmək mümkün deyil. Buna yalnız divar çəkilməsi şərti ilə nail olmaq olar. Ümid edirəm divar çəkmək əvəzinə, məsələlərin həlli üçün daha çox birgə addım atacağıq. Bilirəm bunun mənfi tərəfləri də var. Bəs nə etməliyik? Deyək ki, hər şeyi dayandırırıq, qapanırıq və yenidən münaqişəyə qayıdırıq? Bu, Ermənistan üçün ən yaxşı yol deyil”, - o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 21 Oktyabr 2026 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















